NATO Finlandiya və İsveçin Alyansa qoşulması ilə bağlı danışıqları yekunlaşdırdı
Şimali Atlantika Alyansı (NATO) Finlandiya və İsveçin üzvlük danışıqlarını başa çatdırıb. Siam.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının rəsmi saytında məlumat verilib.
Hər iki ölkə alyansa üzvlüklə bağlı öhdəlikləri və vədləri yerinə yetirməyə hazır olduqlarını təsdiqləyiblər.
NATO rəsmiləri ilə Finlandiya və İsveç nümayəndələri arasında danışıqlar aparılıb.
Finlandiya nümayəndə heyətinə xarici işlər naziri Pekka Haavisto, İsveç nümayəndə heyətinə isə xarici işlər naziri Ann Linde rəhbərlik edib.
Hər bir ölkə üzrə görüşlərə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Bettina Kadenbax sədrlik edib.
Bildirilir ki, sabah, iyulun 5-də NATO üzvləri Finlandiya və İsveçin üzvlük protokollarını imzalamalıdırlar.
Bundan sonra protokollar ratifikasiya proseduru üçün alyansın bütün ölkələrinə göndəriləcək.
Xatırladaq ki, iyunun 29-da Şimali Atlantika Alyansı rəsmi olaraq İsveç və Finlandiyanı NATO-ya üzv olmağa dəvət etmişdi.
APA
Tarix: 5-07-2022, 08:34