Riyakar İran: “Qonşuyuqsa, qonşu olaq, düşməniksə...”
İran qonşu olaraq Azərbaycana qarşı riyakar davranır.Azərbaycan İrana qarşı dost və mehriban qonşuluq münasibəti bəsləsə də, İran hər zaman əksini nümayiş etdirib.
Hətta İranın "Telegram" kanallarının ölkəmizə qarşı təhdid xarakterli paylaşımları sürətlə artır.
İyulun 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Tehrana səfəri zamanı İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşü ilə bağlı İranın "Telegram" kanalları həmişəki kimi öz dağıdıcı və təxribat xarakterli mövqeyini ortaya qoyub.
Belə ki, Azərbaycan və İran bayraqlarından ibarət foto paylaşan kanal buna qərəzli şərh verərək yazıb:
“Sionist rejimin şimal sərhədlərimizdəki müttəfiqləri bilməlidirlər ki, biz tozları təmizləmək üçün süpürgədən istifadə edirik. Amma bəzən lazım gəldikdə “Fateh”i (İranın ballistik raketi) də işə salırıq".Maraqlıdır, İran rejiminə bağlı sosial media kanallarının Azərbaycana qarşı riyakar paylaşımlarının arxasında nə dayanır?“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli
Cebhe.info-ya açıqlamasında bildirib ki, əslində burada təəccüblənməli heç nə yoxdur:
“Çünki orada islamı siyasətə alət etmiş bir fars rejimi var. Onların hədəfi Azərbaycanın inkişafının qarşısını almaq və Azərbaycanın güclü olduğu məkanları bağlamaqdır.Onlar çox gözəl anlayırlar ki, Quzey Azərbaycan bizim üçün hədəf deyil, amma Azərbaycanın bir bütövlük idealı var. Ona görə də bunu əngəlləmək istəyirlər. Həmçinin, Türkiyə və Azərbaycanın strateji tərəfdaşlığı da günü-gündən inkişaf edir. Farsların isə söykəndiyi idealogiyanın içərisində türk düşmənçiliyi də var.Onlar Azərbaycan və Türkiyənin yaxınlaşmasını, o cümlədən Azərbaycanın regionda və dünyada söz sahibi olmasını istəmirlər. Amma suda boğulan saman çöpündən yapışar deyirlər. İran indiki zamanda sionist və İsrail adı ilə Azərbaycana qarşı tərbiyəsizliyə yol verir. Amma unutmasınlar ki, Təbrizin bir yumruğu ilə SEPAH-ın raketləri heç bir işə yaramaz”.O deyib ki, İran Azərbaycanla ehtiyatlı davranmalıdır:
“Qonşuyuqsa, qonşu olaq, düşməniksə düşmən olaq. Azərbaycan yüksəliş mərhələsindədir və bunu əngəlləmək İranın çökməkdə olan rejiminin gücündə deyil.Yəni bu, onların işi və ya fərasəti deyil. Onlar getsinlər öz işləri ilə məşğul olsunlar. İran demokratik dünya və Azərbaycanla “çilingağac” oynamasınlar. Əgər İran normal qonşuluq münasibətlərinə gəlib, dünyanın oyun qaydalarına əməl etmək xəttini götürərlərsə, onların da yaşamaq haqqı ola bilər. Təəssüflər olsun ki, onlar bu cür davranışlarla özlərinin imkanlarını özləri əllərindən alırlar”.
Tarix: 5-07-2022, 16:31