Putin istəyinə çatdı: Ukrayna ikiyə bölünür
Rusiya Ukrayna ilə müharibədə son günlər Donbas istiqamətində hərbi irəliləyişlər əldə edib. Severodentsk və Lisiçansk şəhərlərini nəzarətinə götürən Rusiya ordusu Luqansk vilayətinin əvvəllər Ukraynanın nəzaerətində olmuş inzibati sərhəddinə çıxış əldə edib.
İndi Rusiya və Ukrayna silahlı qüvvələri arasında əsas döyüşlər Slavyansk və Kromatorsk uğrunda gedir. Qara dənizdəki İlan adasını Ukraynanın yurisdiksiyasına qaytaran Rusiya əsas qüvvələrini Donbas istiqamətinə cəmləşdirib. Moskvanın hədəfi Donetsk və Luqanskın inzibati sərhədinə çıxışı təmin etdikdən sonra cənubda Zaporejets vilayətinin işğalını tamamlamaqdır.
Qeyd edək ki, hazırda Zaporejets vilayəıtinin təxminən 60 faizi Rusiya ordusunun nəzarətindədir. Bu isə Rusiyaya şimalda Severrodentsk çayının şərq sahilindən başlayaraq cənubda Xerson vilayətinə qədər ərazidə “Malorossiya” adlı kvazi-dövlət yaratmaqdır.
Belə bir qondarma dövlətin təşkili Rusiyanın qərb sərhədlərində NATO təhlükəsinə qarşı bufer zona yaratmağa hesablanıb. Rusiyanın öz mövqeyindən geri çəkilmək istəməməsi Kremlin şərqi Ukraynada öz məqsədinə çatmaqda israrlı olduğunu göstərir.
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin açıqlaması da müharibənin davam edəcəyindən xəbər verir.
“ABŞ və Qərbin Ukraynaya hərbi yardımı və ona öldürücü silahların tədarükünün artmasına baxmayaraq, Rusiya “xüsusi əməliyyatı”nın məqsədlərinə nail olunacaq”. Nikolay Patruşev Xabarovskda Uzaq Şərq Federal Dairəsində Rusiya Federasiyasının milli təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasda çıxış edərkən belə deyib.
Politoloq Elşən Manafov
Cebhe.info-ya açıqlamasında Rusiyanın Ukrayna ilə bağlı planını reallaşdırmağa yaxın olduğunu deyib. Ekspert hesab edir ki, ABŞ və NATO-nun Ukraynaya dəstəyi, Rusiyaya qarşı təzyiqlər nəticəsiz qalıb:
“Rusiyanın Ukrayna ərazisində “Malorossiya” adlı dövlət yaratması üçün şərait formalaşıb. Çünki hazırda NATO daxilində Ukraynanın Rusiyaya qarşı müharibəni davam etdirməsi üçün fərqli baxışlar və konsepsiyalar var. ABŞ və Böyük Britaniyanın Ukraynadakı müharibəyə yanaşması ilə Fransa və Almaniyanın münasibəti fərqlidir. Ukraynaya silah tədarük edən Fransa rəsmi Kiyevdən həmin silahların Rusiya ərazisinə qarşı istifadə edilməməsini tələb edir. Bu isə NATO-nun bəzi dövlətlərinin Rusiya ilə qarşıdurmadan çəkindiyini göstərir. Çünki Rusiya Ukraynada qarşıya qoyduğu məqsədlərə çatdıqdan sonra bu proseslərin Mərkəzi Avropaya keçməsi mümkündür. Bu mənada, Fransa, Almaniya, İtaliya kimi ölkələr Rusiya ilə qarşıdurmadan ehtiyatlanır. Digər amil Ukraynanı Rusiyaya qarşı son əsgərinə qarşı döyüşməyə sövq edən ABŞ və Böyük Britaniya əslində müharibə meydanından kifayət qədər uzaqdır. Onlar hesab edirlər ki, sanksiyaları və hərbi əməliyyatları davam etdirməklə Rusiya iqtisadiyyatını, Rusiya Ordusunun hərbi qüdrətini zəiflədə bilərlər. Nəticədə, Rusiya ilə hərbi təhdid dili ilə danışmaq üçün daha fərqli şərait yaranacaq. Lakin bütün hallarda Rusiya bu müharibədə Ukraynaya qarşı deyil, NATO-nun özünə qarşı vuruşub. Rusiyanın nüvə arsenalı bütövlükdə NATO-nun nüvə silahlarının sayından çoxdur. Sadəcə olaraq, NATO-da bəzi qüvvələr düşünür ki, Rusiyaya qarşı preventiv müharibə aparmaqla qalib gəlmək olar. Kifayət qədər preaqmatik mövqedə olan mütəxəssislər isə anlayır ki, Rusiyaya qarşı belə bir müharibənin aparılması mümkün deyil”. Ekspert hesab edir ki, əgər Rusiya özünün bütün hərbi gücü ilə müharibəyə başlasa, bu, Avropanın sonu olacaq:
“Düşünürəm ki, Rusiya Ukraynada Qərb və özü arasında bufer rolunda çıxış edə biləcək bir neçə dövlətin yaradılması ilə bağlı planlara malikdir. Bunlar Donetsk, Luqansk və Malorossiya ola bilər. Tarixən Ukrayna Okraina olub və XX əsrin əvvəllərinə qədər Rusiyanın tərkib hissəsi idi. Bu mənada, Rusiyanın NATO-dan özünün milli təhlükəsiliyinə qarşı yöpnələn təhlükələri önləmək üçün ata biləcəyi ən önəmli addım Malorossiyanın yaradılması ola bilər. Rusiya buna nail olsa, Moskva ilə əməkdaşlıqda maraqlı olan ayrı-ayrı dövlətlər, xüsusilə BRİKS (BRİKS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatına üzv olan ölkələr Ukrayna ərazisində yaradılacaq yeni respublikaların müstəqilliyini tanıyacaq. Hazırda beynəlxalq hüquq iflic vəziyyətindədir. Geosiyasət beynəlxalq hüquqa meydan oxuyur. Bunun da səbəbini Rusiyada deyil, Qərbin, ABŞ-ın vaxtilə keçmiş Yuqoslaviyada həyata keçirdiyi siyasətində və yaratdığı yeni siyasi reallıqlarda axtarmaq lazımdır. Bu baxımdan, ilk presedent Kosovoda oldu və arzu olunmayan reallıqlar yarandı. Hesab edirəm ki, proseslərin nəticəsi avqust ayına qədər Rusiyanın Şərqi Ukraynadakı əraziləri öz nəzarətinə götürə bilməsindən asılı olacaq. Əgər Qərb siyasətinin patriarxı Henri Kissencer təklif edir ki, Ukraynadakı müharibə Rusiyanın maraqları nəzərə alınmaqla həll oluna bilər. Yəni Rusiya hətta Donetsk, Luqansk və Malorossiyanı özünün nüfuz dairəsinə aid edəcək. Beləliklə, Rusiya bölgədə satellit dövlətlərin yaranmasına nail olacaq. Bu isə Qərbin bölgədə məğlubiyyəti demək olacaq. Çünki Qərbin bütün dəstəyinə baxmayaraq, Ukrayna qarşıya qoyduğu vəzifənin öhdəsindən gələ bilmir. Rusiya qoşunlarının Kiyev istiqamətində irəliləməsinin qarşısını almaq getdikcə çətinləşir. Bu, həm Rusiyanın iqtisadi potensialı, həm də Rusiya siyasi elitasının əzmkarlığı ilə bağlıdır. Qərb düşünürdü ki, müharibə uzandıqca defolt yaranacaq, sanksiyalar Rusiya iqtisadiyyatını məhv edəcək, əhali və iş adasmları Putinə qarşı çıxacaq, siyasi rejim dəyişəcək. Amma bütün bu planlar işləmədi. Putin və onun ətrafı qısa müddətdə Qərbə qarşı effektiv mexanizmləri işə saldılar. Prezident Zelenskinin hər ay 85 milyard dollar dəyərində silah istəməsi də göstərir ki, Ukrayna iqtidarı vəziyyətin istənilən kimi olmadığını başa düşür. Sadəcə olaraq, ABŞ vəziyyətdən istifadə edib NATO-nun Şərqə doğru genişlənməsinə Rusiyanın reaksiyasını öyrənmək istəyir. Ancaq NATO Ukraynanı üzvlüyə qəbul etmək niyyətindfə olmadığını bəyan edir. Bütün bu baş verənlər yeni dünya nizamını yeni geosiyasi reallıqlar kontekstində həyata keçirmək üçün düşünülmüş addım idi”. O bildirib ki, dünya nizamını Rusiyanın hesabına qurmaq istəyirdilər:
“Məlum oldu ki, ABŞ-ın bu mövqeyi Çinin və BRİKS-ə daxil olan ölkələrin maraqlarına cavab vermir. NATO-nun Madrid sammitində Qərb Rusiya ilə əməkdaşlıqdan imtina etdi. Qərbdə ciddi təhlükənin Rusiyadan gəldiyini elan olundu. Çini isə Qərbin kapitalist sistemi üçün ən ciddi çağırışlar edə biləcək dövlət etdilər. Qərb özü də istəmədən Çini və Rusiyanı geosiyasi zəmində yaxınlaşdırmaq üçün mövqe tutmuş oldu”.
Tarix: 5-07-2022, 23:02