Boris Consonun istefasına Azərbaycan baxışı


Böyük Britaniyanın Baş naziri Boris Consonun istefası gözlənilən olmasa da ehtimalı var idi. Bunun əsas səbəbi ölkədə son 40 ildə ən yüksək, yəni illik 9,1% -ə bərabər infilyasiya göstəricisidir.
Umumiyyətlə isə  bütün dünyada reqresiv iqtisadi göstəricilər hökm sürür və sözsüz ki, Boris Consonun istefasını bütün dünyanı cəngin alan təkcə iqtisadi böhranla əlaqələndirmək olmaz. Əminliklə demək olar ki, son dövrdə Anqela Merkeldən sonra Avropada lider statusunu qazanan Boris Consonun hakimiyyətini itirmək istəyində Avropa ölkələri də çox maraqlı idi. Sözsüz ki, ümumən Avropanın böyük ölkələrinin Boris Consona xoş olmayan münasibəti Rusiya-Ukrayna müharibəsində onun qətiyyətli mövqeyi idi, çünki onun mövqeyi avropalıları Rusiya qarşı məcburi iqtisadi sanksiyaları dəstəkləməyə məcbur etdi və nəticədə Avropa müəyyən iqtisadi çətinliklərlə üzləşməli oldu, qiymət artımı, enerji təhcizatı, yeni marşurutlar və sair bu kimi vacib problemlər Avropa ölkələrini çətin vəziyyətə üz-üzə qoydu.   Ancaq Boris Conson idarəçiliyi Britaniyanın Avropada və dünyada liderliyini gücləndirmiş oldu. Özünü vahiməli dünya hegümonu kimi təqdim edən Rusiyanın gücsüzlüyü və çarəsizliyini geniş mənada məhz Boris Conson qətiyyəti üzə çıxardı. Boris Consonun qiymətini tarix özü verəcək və bu dövr Britanyanın əzəmətinin yüksəlişi dövrü kimi tarixdə qalacaq. Rusiya Boris Consonun istefasına az qala milli bayram kimi qeyd edir. Rusiya prezidentinin sözçüsü Dimitri Peskov öz sevincini diplomatik ifadələrlə belə gizlədə bilməyib. Ancaq Boris Conson Azərbaycan və Türkiyənin böyük dostu kimi heç vaxt unudulan deyil. 44 günlük vətən müharibəsində BMT Təhlükəsizlik Şurasına çıxarılan Azərbaycan əleyhinə səsə qoyulan  qətnaməyə məhz Britaniya, Boris Conson höküməti veto qoydu. Boris Conson hökümətinin veto-su müharibəni qələbə ilə davam etdirməyə və başa çatdırmağa imkan verdi. Azərbaycan xalqı isə qədir bilən və yaxşılığı unutmayan xalqdır.  O ki, qaldı Boris Consonun istefasına, hələ rus kimilər tez sevinməsin ona görə ki, Boris Conson  hakimiyyətini payıza qədər davam edəcək.  
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politoloq
Siam.az 
Tarix: 7-07-2022, 21:49
Xəbəri paylaş





Xəbər lenti