Ərəstun Oruclu: “Britaniyanın Rusiyaya qarşı siyasəti daha kəskin xarakter alacaq”






Xəbər verdiyimiz kimi, Boris Conson Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının lideri vəzifələrindən istefa verdiyini açıqlayıb. Boris Conson yeni seçkilər keçirilənə qədər Böyük Britaniya hökumətinə və Mühafizəkarlar Partiyasına rəhbərlik etmək niyyətində olduğunu söyləyib. Bəs, Boris Consonun istefasından sonra qurulan yeni hökumət başçısının siyasətində hansısa dəyişiklik ola bilərmi?

“Şərq-Qərb” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, B.Consunun istefaya getməsi Böyük  Britaniyanın xarici siyasətində əsaslı dəyişilik yaratmayacaq:



“Xüsusilə də, nəzərə alsaq ki, onun təmsil etdiyi partiya hələ hakimiyyətdə qalmaqdadır. Yerinə namizəd göstərilən nazirlərdən biri də müdafiə naziridir, hansı ki, istər Rusiyaya münasibəti, istərsə də postsovet məkanına münasibəti, hətta Boris Consonun mövqeyindən də daha kəskindir. Yəni, Böyük Britaniyann düzənli xarici siyasət strategiyası var. Və o, faktiki olaraq kimin baş nazir seçilməsindən, yaxud da hansı partiyanın iqtidarda olmasından asılı deyil.

“Düşünürəm ki, ölkənin Conson tərəfindən baş nazir kimi yürütdüyü siyasəti davam edəcək, hətta ola bilsin ki, bir qədər də daha kəskin xarakter alacaq. Ona görə ki, Britaniyanın siyasətini fərdlər yox, onun dövlət maraqları, onun xarici siyasət doktrinası, onun təhlükəsizlik strategiyası müəyyən edir. Fikrimcə, əksinə dəyişiliklər olmayacaq”.
Tarix: 9-07-2022, 14:55
Xəbəri paylaş





Xəbər lenti