"Baş nazir postu uğrunda gərgin mübarizə gedir" - Boris Conson


Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson ölkəsində hökumət başçısı postu uğrunda başlanmış seçki kampaniyasından danışıb.
“Report” xəbər verir ki, o, hazırda gərgin mübarizənin getdiyi bildirib.
“Bütün bunlar haqqında daha çox danışmaq istəmirəm. Çünki kiminsə şansına mane olmaq istəməzdim”, - B.Conson deyib.
Qeyd edək ki, B.Conson Böyük Britaniyanın Baş naziri vəzifəsindən iyulun 7-də vəzifəsindən istefa verib. O, yeni Baş nazir seçilənədək bu postu müvəqqəti icra edəcək.
Xatırladaq ki, bu vəzifəyə ən real namizədlərdən biri xarici işər naziri Liz Trasdır. O, qalib gələcəyi təqdiqdə Rusiyanın məğlubiyyətini təmin edəcəyini açıqlayıb.
Siam.az
Tarix: 11-07-2022, 17:44
Xəbəri paylaş





Xəbər lenti