Ermənistan Rusiya və İranın təsiri ilə yeni müharibə astanasında

  
Əsasən Brüseldə Ermənistan Azərbaycan arasında əldə edilmiş razılaşmaların icrası əvvəldən güman edildiyi kimi, Moskvanın  müdaxiləsi nəticəsində mümkünsüz vəziyyətdədir.
Təbii ki, vəziyyətin bu şəkildə durğunluğu Azərbaycanı yeni müharibəyə məcbur edir baxmayaraq ki, durğunluğun  Ermənistan üçün ağır nəticələrə səbəb ola biləcəyi ehtimalı elə erməni siyasi rəhbərliyinə gün kimi aydındır. Ermənistanın o qədər də uzun müddətə malik olmayan tarixi və dövrümüzün analizi göstərir ki, Ermənistan faktiki olaraq, əsasən Rusiya və İranın girovluğunu davam etdirir baxmayaraq ki, Paşinyan hakimiyyəti bu girovluğa son verməyə cəhdlər edir.  Ümumən Ermənistan əhalisi Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarıdır və məhz bu amilə görə də Paşinyan Ermənistanın Azərbaycana ağır məğlubiyyətdən sonra təkrar hakimiyyətini saxlaya bildi və İrəvanda son ayların mitinqləri onun hakimiyyətinə təsir etmədi.  Ermənistanın Azərbaycanla yeni müharibə ərəfəsində olduğu aydın sezilir, ermənilər yaxşı anlayır ki, onları ölümə Rusiyanın və İranın təhriki vadar edir. Paşinyan bunun fərqindədir və çox güman ki, Türkiyə prezidenti, cənab Ərdoğanla telefon danışığında bu məsələni müzakirə edib, xahiş edib onu anlamağı. Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramovun İrana səfəri, İran rəsmilərin Azərbaycana buna qədər səfərləri və nəhayət İran rəsmilərinin İrəvan səfərləri müharibə ehtimalının yüksək olmasının göstərir. Cənab Ərdoğanın Rusiya prezidenti Putinlə telefon danışığı yəqin ki, Ermənistan Azərbaycan arasında sülh, yoxsa yeni müharibə seçimini müəyyənləşdirir. Ermənistanda siyasi elitası çaşqınlıq içindədir, müharibənin başlamasını bütün variantlarla əngəlləməyə çalışırlar, çünki təkləndiyini və gücsüzlüyünü anlayır və Rusiyanın köməyinə arxayın deyil. Rusiyaya ümidsizliyi Azərbaycanla Rusiya arasında "müttəfiqlik" haqqında Moskva Bəyannaməsi də xeyli gücləndirib.  Sözsüz Rusiya bu yeni müharibənin marağındadır və onun üçün kimin qalib olmağı əsas şərt deyil, Rusiyaya Ermənistanla Azərbaycan arasında daimi müharibə şəraitinin saxlanmasıdır hansı ki, onun Cənubi Qafqazda mövcudluğunu təmin edir. Həm də, Rusiyaya bu yeni müharibə ona görə lazımdır ki, Ermənistanın növbəti məğlubiyyəti Paşinyanı hakimiyyətindən məhrum etsin. Rusiya üçün bu variant ona görə işə düşdü ki, onun patronajında olan erməni müxalifəti Paşinyanı devirmək tapşırığının öhdəsindən gələ bilmədi. Rusiya ilə eyni fikirdə olan İran da müharibəyə "töhvəsini" verməkdə davam edir belə ki, öz ərazisindən Zəngəzur dəhlizinin analoqu, körpü məsələsi ondan ötəridir ki, Azərbaycanla Ermənistan arasında razılaşmaların icrasın mümkünsüz və əhəmiyyətsiz etsin. Ermənistan Rusiya və İranın regionda maraqlarının təmin edilməsi naminə növbəti zərbəsini almağa təhrik edilir. Ancaq Ermənistan günbə-gün ehtimalı yüksələn yeni müharibədən qaça bilər təbii ki, Azərbaycan və Türkiyəyə sığınmaqla.
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politoloq
Siam.az
Tarix: 12-07-2022, 08:08
Xəbəri paylaş





Xəbər lenti