“Bunu Ukraynadan istəməyə nə haqqım var?!” – Almaniya XİN rəhbəri


 
“Hazırda Rusiya ilə hər hansı danışıqlar aparmağın mənası yoxdur”.
Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Mülki əhalinin təxliyəsi üçün humanitar dəhlizlərin yaradılması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsi ilə razılaşmağa belə, hazır olmayan biri ilə nə danışıqlar aparmaq olar?!”, – Berbok deyib.
Eyni zamanda, o, bir qrup alman ziyalıları və məşhurları tərəfindən “Darhal barışıq!” çağırışının yer aldığı açıq məktubla bağlı fikirlərini bölüşüb: “Mən ukraynalı olsaydım, bu məktubda yazılanları sadəlövh, təkəbbürlü fikirlər kimi qəbul edərdim. Almaniya xarici işlər nazirinin nə haqqı var ki, Ukraynaya ərazisinin hansı hissəsindən imtina etməli, neçə milyon vətəndaşının Rusiyanın hökmranlığına tabe etdirməli olduğunu desin?!”.
Berbok müharibə başlayandan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birbaşa əlaqə saxlamadığını bildirib: “Mən “Sergey, gəlin, sülh danışıqlarını aparaq” demək istərdim. Lakin Rusiya rəhbərliyinin Lavrova belə bir səlahiyyət verdiyinə şübhəm var. Rusiya xarici işlər nazirinin bu gün bu məsələlərdə hansı rol oynadığı bəlli deyil”.
Tarix: 13-07-2022, 15:35
Xəbəri paylaş





Xəbər lenti