Tbilisidə keçirilən görüşdən gözləntilər


 Tbilisidə baş tutan Azərbaycan və  Ermənistanın Xarici İşlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş sözsüz ki, son zamanda artan gərginliyi və ehtimalı yüksək olan 3-cü Qarabağ müharibəsini əngəlləmək üçün yaxşı fürsətdir. Əvvəla xarici işlər nazirləri səviyəsində ilk dəfə belə formatda baş tutan görüşün özü özlüyündə yüksək qiymətləndirilməlidir. Ümumiyyətlə Ermənistan və Azərbaycan arasında problemlərin yaranması səbəbi,  hər hansı bir danışıqların aparılması və post müharibə dövründə razılaşmaların icrası üçün və müəyyən normal nəticələri əldə etmək üçün Rusiyanı tərəf kimi qəbul etmədən proses mümkün görünmür. İllər öncə və mətbuata son müsahibələrim də qeyd etmişəm ki, Qarabağ problemi və Ermənistanla olan münasibətlər bir başa Rusiya ilə əlaqəlidir və Rusiya bilavasitə tərəfdir.  Gürcüstanda, Tbilisidə Ceyhun Bayramovun və Ararat Mirzoyanın baş tutan görüşün Azərbaycan tərəfi üçün əsas müzakirə mövzusunu Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ilin birinci yarısına həsr müşavirədə səsləndirdiyi erməni silahlılarının çıxarılması məsələsidir. Cənab prezidentin görüş öncəsi erməni silahlıların Azərbaycan ərazisindən çıxarılması, rus sülhməramlıların fəaliyyətsizliyi ilə bağlı səsləndirdiyi fikirlər sözü gedən görüşün bir nömrəli mövzusu olması heç şübhəsizdir. Sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizi, işçi qruplar, sülh müqaviləsi və sair məsələlər isə sonrakı müzakirə mövzularıdır. Çox güman ki, görüşdən sonra birgə mətbut konfrası və ya nazirlərin açıqlamasında əsas müzakirə mövzuları barədə açıqlama verilməyəcək, açıqlama olsa belə əsas mövzular barədə diplomatik formal ifadələr olacaq.  Kəlbəcərin daima atəşə tutulması, İranın Zəngəzurda Konsulluq açması, Rusiya və İranın müharibə istəyi, Paşinyanın faktiki müharibə tərəfdarını Ermənistanın yeni qərargah rəisi təyin etməsi, Ermənistan rəsmi şəxslərin Azərbaycanda erməni əsgərlərin muzdlularla əvəz ediləcəyini elan etməsi və  Azərbaycanın baş verənlərə sərt reaksiyası 3-cü   Ermənistan-Azərbaycan müharibəsini reallığa çevirib. Bəli, məhz Ermənistan-Azərbaycan müharibəsi.  Rusiyanın iştirakı və moderatorluğu olmadan baş tutan Tbilisi görüşü sözün həqiqi mənasında iki dövlət arasında müəyyən irəliləyişə səbəb ola bilər. Ancaq həmişə ki, kimi əvvəlki bütün razılaşmalardan sonra Rusiya təsiri ilə əldə edilmiş razəlaşmalar əhəmiyyətsiz halına salınıb. Əgər Ermənistanın siyasi iradəsi buna imkan verərsə əldə edilmiş razılaşmalar icra olunaraq regionda sülhə nail olmaq olar. Çox təəssüf ki, Rusiya buna imkan verən deyil çünki, Rusiya Ermənistan Azərbaycan arasında sülhü özünün Cənubi Qafqazda mövcudluğuna təhlükə hesab edir. Hər bir halda Tbilisidə baş tutan Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın  və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun görüşünün özünün baş tutması özlüyündə irəliyə doğru müsbət prosesdir.
Vüqar Dadaşov MCP SŞ-nın üzvü, politoloq
Siam.az
Tarix: 16-07-2022, 15:05
Xəbəri paylaş





Xəbər lenti