Maraqlı prosesdir: Qərb (ABŞ) Yaxın Şərqdən çıxarılır, amma Cənubi Qafqazda möhkəmlənir.HAŞİYƏ: Hər üç ölkədən Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı təhdidlər açıq müstəviyə daxil olub:
1. Cənubdan – İran Azərbaycanda “kərimə dövləti” quracağı ilə bağlı Azərbaycanın müstəqilliyini, suverenliyini təhdid edir
2. Şimaldan – Rusiya keçmiş SSRİ-nin fərqli formatda bərpa ediləcəyini bildirir və Azərbaycanın da istənilən şəkildə yeni “ittifaq”a daxil olacağını qeyd edir. Yenə də Azərbaycan müstəqilliyi təhdid olunur
3. Türkiyədən – Azərbaycanın Türkiyə ilə konfederasiya (nəticədə federasiya) şəklində birləşməsi ilə bağlı fikirlər dövriyyəyə buraxılıb, siyasi platformaya, efirlərə köçürülüb və ciddi şəkildə müzakirə olunmaqdadır, azacıq ictimai dəstək də alıb. Bu prosesdə “icraçıları” da (oxu: təşəbbüskarları) dəqiq seçiblər: köhnə türkçülər və millətçilərin bir qismi… Konfederasiya təklifi də Azərbaycanın dövlət suverenliyinə, müstəqilliyinə təhdiddir. Maraqlıdır ki, konfedersiya tezisi “Tərtər işi” ilə eyni dövrdə və eyni paraleldə ictimailəşdirilməyə başlayıb.
Təbii ki, bu istiqamətlər üzrə məlum Ermənistanın Azərbaycan müstəqilliyinə qarşı olan irsi və məkrli niyyəti xüsusi və tarixi xətdir.
Ukraynadan sonra növbə İrandadır, cənub qonşumuzla müharibə etmək ciddi risklər yaradır. İranı daxildən parçalamaq, vətəndaş müharibəsi ilə poliqona çevirmək Qərbin prioritet planıdır.
Üç ölkə rəhbərinin Tehran görüşü həm də bu məsələdə İrana həmrəyliyin ifadəsidir.
Rusiya, Türkiyə və Tehran ABŞ-ın Suriyanı tərk etməsi ilə bağlı razılığa gəlib birgə qərar qəbul etdilər.
Ərdoğan Qərbin yaratdığı terrorçu təşkilatların Suriyadan təmizlənməsini tələb kimi ortaya qoydu.
Maraqlı deyilmi? Və bütün bu qərarları verən ölkələrdən biri NATO üzvü olan Türkiyədir.
F-16 təyyarələrinin və “F-16” modernləşdirmə dəstlərinin Türkiyəyə verilməməsi ilə bağlı ABŞ-ın qərar qəbul etməsi, Yunanıstanda hərbi birləşmələr formalaşdırması və Finlandiya-İsveçlə bağlı rəsmi Ankaranın şərtlərinin yerinə yetirilməməsi Türkiyənin hazırkı mövqedə dayanmasını sürətləndirən amillərdən bəziləridir.
Müəllif: Samir Feyruzov
Tarix: 20-07-2022, 22:47