Putin rejimi sonunun başlanğıcındadır - Norveçli politoloq
“Putin rejimi sonunun başlanğıcındadır”. Siam.az xəbər verir ki, bu fikri norveçli politoloq, Rusiya üzrə ekspert Even Norman bildirib. O deyib ki, Rusiya Prezidenti Vladimir Putinin rejimi Ukraynaya uğursuz işğalı fonunda sonunun başlanğıcına qədıəm qoyub.
Norman Rusiya iqtisadiyyatına mənfi təsir göstərə biləcək müxtəlif amillərə, o cümlədən sanksiyalara, işğaldan sonra şirkətlərin qaçmasına və digər ölkələrin Rusiya ixracatını qəbul etmək istəyinin azalmasına işarə edib.
“Putinin hakimiyyətinin 22 ili ərzində iqtisadiyyatda çox az şey dəyişib. Və mən təəccüblənirəm ki, Putin kimi təcrübəli marksist sadəcə maddi amillərin vacib olduğunu başa düşmür”, – Norman deyib.
Onun sözlərinə görə, Putin rejiminin nə vaxt çökə biləcəyini və bunun hansı nəticələrə gətirib çıxaracağını dəqiq proqnozlaşdırmaq çətindir.
“Onun rejimi Rusiyada mütəşəkkil liberal təfəkkürün və işlərin kökünü kəsmək üçün ciddi iş görüb. Bu, ölkə üçün pisdir, Putin rejimi üçün yaxşıdır”, – deyə Norman əlavə edib.
Xatırladaq ki, bir qədər əvvəl avstriyalı hərbi ekspert Tom Kuper deyib ki, Vladimir Putin Ukraynaya qarşı müharibə zamanı öz dövlətinin ordusunu tərksilah edir.
KONKRET.az
Tarix: 1-08-2022, 07:44