Putindən danışıqlar zamanı Ərdoğana GİZLİ TƏKLİF - Rusiya lideri bunu XAHİŞ ETDİ
Rusiya prezidenti Vladimir Putin türk tərəfdaşlarının köməyi ilə Qərbin sanksiyalarından yan keçməyə ümid edir.
Sfera.az xəbər verir ki, bu barədə The Washington Post yazıb.
Qəzetin yazdığına görə, Moskva Ankaraya Türkiyənin neft emalı zavodları, neft terminalları və su anbarlarının səhmlərini almağı təklif edib. Kreml neftin mənşəyini belə gizlətməyə və Aİ embarqosundan yan keçməyə ümid edir.
Rusiya tərəfi həmçinin Türkiyədən sənaye şirkətlərinin ölkədə azad iqtisadi zonalardan kənarda fəaliyyət göstərməsinə icazə verməsini xahiş edib. Moskva həmçinin Türkiyənin bir neçə dövlət bankından Rusiya bankları üçün müxbir hesablar açmağı xahiş edib.
Ərdoğan öz növbəsində Rusiyanın Suriyanın şimalında kürdlərə qarşı hərbi əməliyyata razılıq verməsini gözləyir.
Aydınlaşdırılır ki, Türkiyə bankları və şirkətləri ikinci dərəcəli sanksiyalar təhlükəsi ilə üzləşə və Qərb bazarlarına çıxışı itirə biləcəyi üçün Ankaranın Rusiyanın sorğularını dəstəkləyib-dəstəkməyəcəyini indidən söyləmək mümkün deyil.
Bundan əvvəl Putin Avropanı Rusiyadan qazın fasiləsiz tranziti üçün Türkiyəyə təşəkkür etməyə çağırıb.
Tarix: 6-08-2022, 07:23