“Taxtların oyunu”: Ukraynanı qərar verməyə tələsdirən ŞOK SƏBƏB - Putin nəyə güvənir?


 
Ukrayna ilə Rusiya arasında fevralın 24-də müharibə başladı. Sərt keçən qış ayları hər iki ölkəni çətin duruma saldı.
Musavat.com xəbər verir ki, müharibənin aylarla davam etməsi gözlərin qışın ən çətin keçdiyi bu coğrafiyaya çevrilməsinə səbəb olub.
GettyImages-1366268799.jpg (174 KB)
5 aydan çox davam edən bu amansız müharibədə cəsur ukraynalılar Rusiyanın paytaxt Kiyevi ələ keçirmək və prezident Vladimir Zelenskini devirmək cəhdini dəf etdilər.
c9bb2488-d4b9-3695-bae5-8804c0d2b6e6_850.jpg (98 KB)
Əsasən çağırışçılardan ibarət olan Rusiya ordusu böyük itkilər verdi, Ukrayna ordusu dünyanın “fövqəldövləti” kimi tanınan ölkə ilə şərq xəttində amansız mübarizə apardı.
Həmin şərq xətti – Donbas rus qüvvələrinin atdıqları hər bir neçə metrə görə ağır cavab aldıqları bölgədir.
3e53cede-2f8e-3498-a400-f7e005135729_850.jpg (116 KB)
Dünya ekspertlərinin fikrincə, müharibə indi kritik bir məqamdadır, döyüş xətlərinin soyuqdan donmasına cəmi bir neçə ay qalıb.
Üstəlik, Ukraynanın öz xalqlarını donmaqdan qorumaq üçün Rusiya qazına arxalanan avropalı müttəfiqlərinə təzyiqlər artır.
“Taxtların oyunu” bənzətməsi: qış yaxınlaşır!
Ötən ay “Aspen Təhlükəsizlik Forumu”nda çıxış edən və “Britaniyanın ən yaxşı casusu” adlandırılan Böyük Britaniyanın Türkiyədəki keçmiş səfiri Riçard Mur “ “Taxtların oyunu”ndakı bir obraz kimi görünmək istəmirəm, amma qış gəlir” ifadəsini işlədib.
e2f6b041-1ed5-3677-b3f2-bd1396638df5_850.jpg (66 KB)
Hərbi, iqtisadi və siyasi dəstəyin davam etməsi üçün Vladimir Zelenskiyə heyrətamiz qələbə lazımdır.
0fb2e2f4-b3d7-3b4d-879f-9a5e5db779b5_850.jpg (81 KB)
Riçard Mur “Düşünürəm ki, ukraynalıların özlərinə qarşılıq vermək bacarığını nümayiş etdirməsi vacibdir və bunun davam edən ruh yüksəkliyi üçün mühüm olacağını hesab edirəm. Həmçinin, düşünürəm ki, bu, Avropanın qalan hissəsi üçün vacib bir xatırlatma olacaq. O baxımdan ki, bu, ukraynalılar tərəfindən qazanılan bir kampaniyadır, çünki biz olduqca sərt qışa girmək üzrəyik” - deyib. 
Vladimir Putin şansını qazla sınayacaq
Digər tərəfdən, Putinin Avropa ölkələrinin evlərini qızdırmaq üçün daha yüksək qiymətlərlə üzləşdiyi, Qərbin qətiyyətinin sarsılacağı və Ukraynanın Moskvanın şərtləri ilə razılaşmalı olacağı bir “qış strategiyasına” güvəndiyi görünür.
95ca432_44f8a17e9d574b748f48f0695e62db2b-44f8a17e9d574b748f48f0695e62db2b-0.jpg (28 KB)
Lakin Rusiyanın müharibədəki itkiləri 15 000 - 40 000 arasında dəyişir.
Yüksək rütbəli bir hərbçi “Biz Rusiyanın döyüş meydanında uğursuzluğa düçar olduğunu, az qazanc üçün yüksək əvəz ödədiyini və daxildə də uğursuzluqlar yaşadığını görməkdə davam edirik” - deyib.
f3c2034a-8b77-3ee0-a395-5c0d22446b1d_850.jpg (131 KB)
Həmin hərbçi Pentaqonda keçirilən bir brifinqdə jurnalistlərə verdiyi açıqlamada “İtirdikləri insanların sayını nəzərə alsaq, ruslar ukraynalılarla baş-başa qalmaq istəyirlərsə, onları dəyişməyin yollarını tapmaq məcburiyyətində olmadıqlarına inanmaq mümkün deyil” - deyə bildirib. 
Əsas sual ondan ibarətdir ki, yer donmadan və Rusiya qüvvələri qışa daxil olana qədər Ukrayna nə qədər irəliləyiş əldə edə bilər. 
59adf48e-9618-3f6a-b516-d7619842cae1_850.jpg (160 KB)
Təqaüddə olan general Deyvid Petrius bildirib ki, qarşıdakı aylar bizə ukraynalıların həqiqətən də öz istedadlarından böyük effekt əldə etmək üçün istifadə edib-etməyəcəklərini və ən azından heç olmasa cənubdakı rusları oradan çıxarmağa başlayıb-başlamadıqlarını göstərəcək. Ruslar müdafiə qüvvələrini cənuba doğru yerləşdirmək üçün qüvvələrini azaltmalı olublar.   
Tarix: 6-08-2022, 22:31
Xəbəri paylaş





Xəbər lenti