Putinlə əməkdaşlığın fəsadları barədə Ərdoğana qeyri-rəsmi xəbərdarlıq edilib-"Financial Times"

Putinlə əməkdaşlığın fəsadları barədə Ərdoğana qeyri-rəsmi xəbərdarlıq edilib-
"Türkiyə Rusiya qazına görə ödənişi rublla etməyə və Rusiyanın "Mir" ödəniş sistemindən istifadə etməyə razılıq verib"

"Rusiyadan gələn turistlər üçün çox rahat olacaq, onlar alış-veriş və otellərdə ödəniş edə biləcək"
 
Qərb ölkələri Türkiyə ilə Rusiya arasında getdikcə dərinləşən iqtisadi əməkdaşlıqdan həyəcan keçirir.
 
NATO üzvü olan Türkiyəyə qeyri-rəsmi kanallarla artıq Qərbdən Rusiya ilə iqtisadi yaxınlaşmanın neqativ nəticələri barədə xəbərdarlıq edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
 
Nəşrin mənbələri məlumat verib ki, Avropa İttifaqı Türkiyə-Rusiya əməkdaşlığını diqqətlə izləyir və Türkiyənin Rusiya ilə ticarət üçün platformaya çevrilməsindən narahatııq keçirir.
 
Qəzetin həmsöhbətlərindən biri Ankaranın Rusiya ilə bağlı davranışını "çox opportunist" adlandırıb və vurğulayıb ki, Qərb liderləri Türkiyə hakimiyyətini bu narahatlıqlara diqqət yetirməyə məcbur etməyə cəhd göstərir.
 
Avropa İttifaqının məmurlarından biri güman edib ki, Qərb şirkətləri bu ölkənin Rusiya ilə sıx əməkdaşlığı davam edəcəyi təqdirdə Türkiyə ilə ticarət əlaqələrini kəsə bilər və ya onları azalda bilər.
 
Eyni zamanda, üç mənbə bəyan edib ki, Brüsseldə hələlik Türkiyə üçün potensial nəticələr barədə heç bir rəsmi müzakirələr aparılmayıb.
 
Qəzetin məlumatına görə, Ankaranın ünvanına Kreml rəhbəri Vladimir Putin və Türkiyə prezifenti Rəcəb Tayyib Ərdoğan Soçidə üzbəüz uzunmüddətli görüş keçirdikdən və danışıqların nəticəsi olaraq ikitərəfli ticarətin həcminin artırılmasını və maliyyə əlaqələrini dərinləşdirməyi vəd etdikdən sonra xəbərdarlıq edilib.
 
O cümlədən, söhbət Türkiyənin Rusiya qazına görə ödənişi rublla etməyə və Rusiyanın "Viza" və "Masterkard" sistemlərinin Rusiya vətəndaşlarının bank kartları ilə işini dayandığına görə "Mir" ödəniş sistemindən istifadə etməyə razılıq verməsindən gedib.
 
Putinlə görüşündən sonra Ərdoğan bəyan edib ki, Türkiyənin ən azı beş bankı Rusiyanın "Mir" ödəniş sisteminə adaptasiya olunması üzərində işləyir.
Bu, rusiyalılara Türkiyədə Rusiyanın bank kartları ilə ödəniş etməyə imkan verəcək.
 
"Rusiyanın "Mir" ödəniş sistemi də var. Hazırda bizim beş bankımız bunun üzərində işləməkdə davam edir. Burada da ciddi dəyişikliklər var. Bu, Rusiyadan gələn turistlər üçün çox rahat proses olacaq, onlar alış-veriş və otellərdə ödəniş edə biləcək", - Ərdoğan deyib.
 
Bütövlükdə, görüş zamanı Putin və Ərdoğan nəqliyyat, kənd təsərrüfatı, maliyyə və tikinti sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
Tarix: 7-08-2022, 22:24
Xəbəri paylaş





Xəbər lenti