Gürcüstan Rusiyaya üz tutdu: Abxaziya və Cənubi Osetiyadan qoşunları çıxart



“Rusiya-Gürcüstan müharibəsindən 14 il sonra Moskva Gürcüstanın işğal olunmuş ərazilərində – Abxaziya və Cənubi Osetiyada qanunsuz nəzarətini genişləndirməkdə davam edir”.
Bu barədə Gürcüstan XİN-in avqustun 7-də Avqust müharibəsinin 14-cü ildönümü ilə bağlı yaydığı bəyanatında deyilir.
Qeyd olunur ki, Rusiya Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci il tarixli atəşkəs razılaşmasına əməl etmir.
Gürcüstan XİN RF-ni Gürcüstana qarşı qanunsuz və təxribatçı əməllərə son qoymağa, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, 2008-ci il razılaşması ilə bağlı öhdəlikləri yerinə yetirməyə, qoşunlarını Gürcüstandan çıxarmağa və işğal edilmiş rayonların müstəqilliyinin tanınması haqqında qanunsuz qərarını ləğv etməyə çağırıb.
Tarix: 8-08-2022, 22:04
Xəbəri paylaş





Xəbər lenti