Kallas: “Ruslara turist vizalarının verilməsini dayandırın"
Estoniyanın Baş naziri Rusiyadan Avropaya turizmi dayandırmağa çağırıb.KONKRET.az xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas Twitter səhifəsində yazıb.
“Ruslara turist vizalarının verilməsini dayandırın. Avropaya səfər etmək insan hüququ deyil, imtiyazdır. Rusiyadan hava nəqliyyatı dayandırılıb. Bu o deməkdir ki, Şengen ölkələri viza verdiyi halda, Rusiya ilə qonşular (Finlandiya, Estoniya, Latviya – yeganə çıxış nöqtələri) yükü daşıyırlar. Rusiyadan turizmə son qoymağın vaxtıdır”, – deyə Kallas bildirib.
Estoniyanın bu təklifinə Kiyevdə də reaksiya verilib. Xüsusilə, Ukrayna Prezidentinin Aparatının rəhbəri Andrey Yermak Baş nazirlə razılaşaraq Rusiyanın çox darıxdığı SSRİ-yə qaytarılmalı olduğunu qeyd edib.
“Estoniyanın Baş naziri Kaya Kallas ruslara Aİ-yə səfərləri üçün turist vizalarının verilməsini dayandırmağa çağırıb. Çünki Avropaya səfər etmək insan hüququ deyil, imtiyazdır. Rusiya təcrid olunacaq. Müttəfiqlərimizlə birlikdə bunun üçün hər şeyi edəcəyik. Sovet İttifaqına qayıtmaq istəyirsiniz? Sizin üçün Sovet İttifaqı olacaq”, – deyə Yermak telegram kanalda yazıb.
Tarix: 9-08-2022, 18:12