Tixanovskaya Belarusun keçid hökumətinin yaradılması barədə bəyan edib
"Bu, kollektiv icraedici orqandır, başlıca məqsədi Belarusun müstəqilliyi və siverenliyini qorumaq, hakimiyyətin diktaturadan demokratiyaya tranzitini təmin etməkdir" Tixanovskaya Belarusun keçid hökumətinin yaradılması barədə bəyan edib Belarusun birləşmiş müxalifətinin lideri Svetlana Tixanovskaya Vilnüsdə keçirilən "Yeni Belarus" konfransında birləşmiş keçid kabinetinin yaradılması barədə məlumat verib.
Siam.az Moderator.az-a istinadla xəbər verir ki, bu barədə o, "Zerkalo" nəşrinə müsahibəsində deyib.
Siyasətçi komitənin yaradılmasının məqsədlərini izah edib.
"Bu, kollektiv icraedici orqandır, başlıca məqsədləri-Belarus Respublikasının müstəqilliyini və suverenliyinin qorumaq, Belarusun milli maraqlarını təmsil etmək, ölkəmizi faktiki işğaldan azad etmək, Konstitusiya qanunçuluğunu və qayda-qanunu bərpa etmək, hakimiyyətin qanunsuz olaraq əldə saxlanılmasının qarşısını almaq üzrə tədbirləri gerçəkləşdirmək, hakimiyyətin diktaturadan demokratiyaya tranzitini təmin etmək, azad və dürüst seçkilərin keçirilməsi üçün şərait yaratmaq, Belarusda demokratik dəyişikliklərə nail olmaq üçün zəruri qərarları işləyib hazırlamaq və icra etmək kimi vəzifələr üzərində işləyəcək", - Tixanovskaya deyib.
O, elan edib ki, kabinet üzvləri Belarus müxalifətinin Koordinasiya Şurası tərəfindən təsdiq ediləcək.
Lakin öncə müharibə və suverenliyin itirilməsi şəraitində Tixanovskaya altı ay müddətində kabinet üzvlərinin müstəqil şəkildə təyin edilməsini mümkün hesab edir.
Pavel Layuşko hakimiyyətin tranziti üzrə kabinet üzvü, Aleksandr Azarov qanunçuluğun bərpası üzrə nümayəndə, Valeri Kovalevski xarici işlər üzrə nümayəndə, Valeri Saxaşşik müdafiə və milli təhlükəsizlik üzrə nümayəndə təyin edilib.
Kabinet üzvlərini təqdim etdikdən sonra Tixanovskaya bəyan edib:
"Bu, bizim ümumi komandamızdır".
Tarix: 11-08-2022, 08:10