Kolerovun ermənilərə şok cavabı: Laçın boşdur, İrəvan isə…


 
Rusiyanın erməniyönümlü "Reqnum" agentliyinin baş redaktoru, politoloq Modest Kolerov Ermənistan mediasına müsahibəsində ermənilərin bütün ümidlərini alt-üst edib.
Siam.az  publika.az-a istinadla xəbər verir ki, M.Kolerov Rusiya sülhməramlılarını ittiham edən Ermənistanın üçtərəfli razılaşmaları icra etmədiyini deyib.
"Sülhməramlılar yalnız tərəflər arasında vasitəçidir. Bu faktdır və misal üçün, Laçın yolunun alternativ marşrutunu çəkməyi öhdələrinə götürə bilməzlər. Bu yolu kim tikməyib? Ermənistan tərəfi. Azərbaycan yolun bir hissəsini tamamlayıb. Laçın boşdur, yanından keçdim və orada heç kimin olmadığını gördüm", - o bildirib.
Erməni jurnalistin Laçında 100-ə yaxın ailənin qaldığı barədə fikrinə reaksiya verən Kolerov bunun yalan olduğunu vurğulayıb:
"Xeyr. Rəsmi məlumata görə, orada 10 nəfər var. Laçında heç kim qalmayıb. Yanından keçərkən, avtobus dayanacağında iki uşaqlı qadın gördüm. Bu qədər. Nə üçün Ermənistan hakimiyyəti Laçın ətrafındakı insanlardan evləri yandırmamağı tələb edir?"
Erməni jurnalist: "Bu məlumat təkzib olundu".
M.Kolerov: "Boş söhbətdir. Sakinlərə bildiriblər ki, evləri yandırsalar, kompensasiya ala bilməyəcəklər".
Rusiyalı politoloq daha sonra fikirlərinə belə davam edib:
"Bilirsiniz nə demək istəyirəm? İrəvanın Qarabağa görə məsuliyyəti tez-tez üzərinə götürmək istəyi bütün dünyaya görünür. Heç kim axmaq deyil. Qoşunlar çıxarıldıqdan sonra Ermənistanı Qarabağla birləşdirən yeganə şey subsidiyalar, ianələrdir, baş heç nə. Sizə sual verim, tutaq ki, 100 nəfərlik komanda idarə edirsiniz, lakin sizə 100 yox, 300 nəfərlik subsidiya verilir, nə üçün?"
Erməni jurnalist: "Cibimə qoymaq üçün? Dəqiq bilmirəm..."
M.Korelov: "Cavab ritorikdir: biznes. Biznes uzunmüddətli, yaxud qısamüddətli ola bilər, amma bu var".
Beləliklə, rusiyalı politoloq Paşinyan hakimiyyətinin Qarabağda qalan separatçı-terrorçu rejimə "subsidiya" ayırmaq adı altında maxinasiya ilə məşğul olduğuna işarə vurub.
M.Korelovdan Rusiya sülhməramlılarının bölgədə qalma müddətinin uzadılacağına dair proqnozunun nə olduğunu soruşanda onun cavabı belə olub:
"Qorxuram ki, uzadılmayacaq. Çünki Azərbaycan bunu istəmir. Digər tərəfdən, İrəvan bunun üçün mübarizə aparmır. Rusiya Minsk qrupundan çoxdan çıxıb, İrəvan nə edir? Minsk qrupunun digər iki həmsədrini qucaqlayır. Axı bir həmsədr qrupdan çıxıbsa, digər ikisi onsuz da heçdir, bu format qeyri-legitimdir. Paşinyanın daim Putinlə söhbət etdiyini deyirsiniz. Bunlar sadəcə sözdür. Paşinyan gecə-gündüz Brüsseldən, Minsk qrupundan danışır. Bəlkə əfsanəvi Minsk qrupu ona sülhməramlı göndərəcəyini deyib? Xeyr, oraya ruslardan başqa heç kim girməyəcək".
Kremlin təbliğatçısı olan M.Korelovun fikirləri Moskva qarşısında mərkəzdənqaçma xətti tutan İrəvanın tənqidi kimi görünür, hərçənd, bir çox məsələdə, xüsusilə Bakının dəyişməz mövqeyinə dair dedikləri həqiqətdir. Görünür, Rusiyadakı erməniyönümlü düşüncəyə malik olanlar da artıq Moskvanın Bakı ilə hesablaşdığını anlayırlar.
Tarix: 13-08-2022, 10:34
Xəbəri paylaş





Xəbər lenti