Polşa da ruslara viza verməkdən imtina etdi


Polşada artıq ruslara viza verməkdən imtina konsepsiyası üzərində işləyirlər. Bu məsələ ilə bağlı qərarın yaxın həftələrdə veriləcəyi gözlənilir.
Bu barədə Polşa xarici işlər nazirinin müavini Pyotr Vavjik deyib.
“Polşa xüsusilə Rusiya vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılması ilə bağlı Aİ sanksiyalarının uzadılmasının tərəfdarıdır. Amma Aİ ölkələrinin heç də hamısı bununla razı deyil. Buna Almaniya, Fransa və Niderland da daxil olmaqla əsas üzv ölkələr qarşı çıxır”, – nazir müavini bildirib.
Tarix: 14-08-2022, 23:00
Xəbəri paylaş





Xəbər lenti