Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antoniu Quterriş cümə axşamı günü Lvova səfər edərək orada Türkivə və Ukrayna prezidentləri ilə görüşəcək. Bu barədə açıqlamanı BMT-nin Baş katibinin təmsilçisi Stefan Dyucarrik verib. O, jurnalistlərə açıqlamasında deyib: “Baş katib cümə axşamı günü Ukrayna Prezidenti Vladimir Zelenskinin dəvəti ilə üçtərəfli görüşdə iştirak eləmək üçün Lvova səfər edəcək. Görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək”.