NATO-nun Ukrayna savaşına MÜDAXİLƏ ŞƏRTİ: Rusiya Zaporojye AES-ni bombalasa...



Şimali Atlantika Alyansının Rusiya-Ukrayna müharibəsinə müdaxiləsini zəruri edəcək şərti açıqlanıb.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya müdafiə nazirlərinin seçimi üzrə komitənin sədri Tobias Ellvud danışıb.
Ellvudun sözlərinə görə, indiki halda NATO-nun Ukrayna savaşına birbaşa müdaxiləsi Rusiyanın Zaporojye Atom-Elektrik Stansiyasını (AES) bombalamasından asılı olacaq:
“Ukrayna nüvə reaktorunun məqsədli şəkildə sıradan çıxarılması və nəticədə oradan radiasiya sızmasının baş verməsi NATO Nizamnaməsinin 5-ci maddəsinin pozulmasıdır”.
Qeyd olunur ki, həmin NATO-nun bir ölkəsinə qarşı hərbi hücum alyansın bütün üzvlərinə qarşı hücum kimi qiymətləndirilir.
Tarix: 20-08-2022, 23:36
Xəbəri paylaş





Xəbər lenti