"Bu, Azərbaycana müharibə elan etmək deməkdir" - erməni deputatın QORXUSU

"Bu, Azərbaycana müharibə elan etmək deməkdir"
“Bu gün müxalifət bizdən “Artsax”ın müstəqilliyini tanımağı tələb edir. Bu isə planlarımıza ziddir”.

SİAM.AZ yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri hakim “Vətəndaş müqaviləsi” partiyasının deputat Ovik Ağazaryan deyib.

“Çünki bu gün “Artsax”ı tanımaq bizim sülh yaratmaq və qonşularımızla münasibətləri yaxşılaşdırmaq planımıza qarşı çıxmaq demək olardı. “Artsax”ın müstəqilliyini tanımaq Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək deməkdir. Yəni bu, Azərbaycana müharibə elan etmək deməkdir, sonra isə buna nə KTMT nə, ruslar, nə də türklər qarışmayacaq, nəticədə böyük müharibə olacaq”.
Tarix: 23-08-2022, 10:03
Xəbəri paylaş





Xəbər lenti