Ermənilər delimitasiya danışıqlarına razılaşdılar
Avqustun axırında Moskvada Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyaların nümayəndələrinin iclası keçiriləcək.
Bu barədə “Sputnik Ermənistan"a Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın ofisindən məlumat verilib.
“Hazırda məsələlərin ayrıca gündəliyi müəyyən edilməyib”, - ofisdən bildiriblər.
Xatırladaq ki, iki ölkə baş nazirlərinin müavinləri arasında ilk və sonuncu görüş mayın 24-də sərhəddə baş tutmuşdu.
Tarix: 24-08-2022, 08:50