"Bunların hamısını kim elədi: Çar Rusiyası, Sovet hökuməti, bu gün də Rusiya Federasiyası..." - deputat
“Tarixə, Çar Rusiyası dövrünə, 1800-cü illərin əvvəlinə - 1805, 1813, 1828-ci illərə nəzər salsaq, görərik ki, dünyanın müxtəlif yerlərindən bu qaraçı tayfasını, cinayətkar toplumu kim yığdı bizim tarixi torpaqlarımıza? Çar Rusiyası... Rusiya o vaxt dövlət xəzinəsindən qızıl pulla ermənilərə ödəniş edirdi ki, gəlin, yerləşin, sizi qoruyacağıq. Yəni bu məqsədli şəkildə həyata keçirilirdi. Onları Azərbaycan xalqının başına tarixin müxtəlif vaxtlarında müsibətlər gətirmək üçün yığıb gətirdilər. Sovet dövründə də həmin proses davam etdi. Sovet hökuməti yaranandan sonra Zəngəzuru onlara verdi. Bundan başqa, heç bir hüquqi əsası olmadan bir qrup erməni üçün 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratdılar. 1948-53-cü illərdə müxtəlif adlarla Ermənistandan, Qərbi Azərbaycandan neçə yüz min azərbaycanlını dədə-baba torpaqlarından qovub çıxardılar, köçürdülər. 1988-ci ildən sonra baş verənlər də gözümüzün qabağındadır. Bunların hamısını kim elədi? Çar Rusiyası, Sovet hökuməti, bu gün də Rusiya Federasiyası...”
Siam.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, ermənilər Xankəndidə Rusiya bayrağını qaldırmaqla Rusiyanın onları himayə etdiyinə arxayın olduqlarını nümayiş etdirirlər: “Rusiya onları himayə etməsəydi, qudurğanlıqla bu hərəkətləri törədə bilməzdilər, Xocalı soyqırımını törədə bilməzdilər, 30 il ərzində torpaqlarımızı işğal altında saxlaya bilməzdilər. Bu gün də ərazilərimizdə qalan azsaylı tör-töküntü, separatçılar, terrorçular, qeyri-qanuni hərbi birləşmələr Rusiyanın hərbi kontingentinə güvənirlər və ağıllarına gələn hərəkətləri edirlər. Cənab Prezidentimiz hər zaman bəyan edir ki, lazım gələndə, heç kimdən soruşmuruq. Heç kim bizim qarşımızda dura bilməz, istədiyimizi edirik, etmişik və edəcəyik də. Yəni onların orada məlum hərəkətləri törətməsinin vaxtına az qalıb. Bu hərəkətlərə son qoyulmasına az qalıb. Bu yaxınlarda keçirdiyimiz “Qisas əməliyyatı” da bunu sübut etdi. Növbətisi bundan da güclü olacaq. Laçından, Zabuxdan, Susdan onların it kimi qovulması Azərbaycanın siyası iradəsindən, hərbi və iqtisadi gücündən xəbər verir. Bu proseslər davam edəcək. Qoy, kimin bayrağını qaldırırlar, qaldırsınlar. Onlar Yerevanda da etirazlar edirlər ki, Fransanın da hərbi kontingenti bura gəlsin. Bunlar islah olunmayan qaraçı tayfası, cinayətkar bir toplumdur, ağıllarına nə gəldi deyirlər. Azərbaycan 44 günlük müharibədə sözünü deyib və davamını da antiterror əməliyyatları ilə yavaş-yavaş həyata keçirir. Biz son separatçı, son terrorçu ərazimizdən çıxarılana qədər bunu davam etdirəcəyik. Azərbaycan əraziləri onlardan tamamilə təmizlənəcək”.