Yuşşenko: “Putin artıq məğlub olub, amma biz hələ qalib gəlməmişik”




“Vladimir Putin Ukraynaya qarşı müharibədə artıq uduzub, lakin Ukrayna hələ də qalib gəlməyib”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko səsləndirib. 

"Ukraynalı partizanların artıq əli Krımda Cankoydan bütün hava limanlarına qədər çatır. Bu isə çox böyük ümidlər verir. Bütün bunlar onu deməyə əsas verir ki, biz elə vəziyyətdəyik ki, Putin artıq uduzub, biz isə hələ qalib gəlməmişik”, - deyə o, qeyd edib.
Yuşşenkonun sözlərinə görə, ukraynalılar döyüşə bildiklərini sübuta yetiriblər. Keçmiş prezident ümid edir ki, Qərbin Ukraynaya yardımla bağlı mövqeyi yenidən nəzərdən keçiriləcək.
Tarix: 25-08-2022, 11:02
Xəbəri paylaş





Xəbər lenti