ABŞ-dan Türkiyəyə xəbərdarlıq - AZƏRBAYCAN SEÇİM QARŞISINDA QALACAQ
Xaqani Cəfərli: "Əgər yaxın həftələr ərzində Türkiyə mövqeyini dəyişməsə sanksiyalara məruz qalması qaçılmaz olacaq""ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo türkiyəli həmkarı Yunus Elitaş ilə telefon danışığında Ankaranı Rusiyanın sanksiyalardan yayınmaq üçün Türkiyədən istifadə etməyə çalışdığı haqqında xəbərdar edib". Hurriyyet.az xəbər verir ki, bu
nu politoloq Xaqani Cəfərli
bildirib.
Politoloqun sözlərinə görə, ABŞ maliyyə nazirinin müavini Türkiyənin sənayeçi və iş adamlarının ən böyük təşkilatı olan TÜSİAD-a da bir məktub göndərərək Rusiyanın Türkiyə vasitəsilə sanksiyalardan yan keçməyə çalışa biləcəyi ilə bağlı eyni xəbərdarlığı təkrar edib: "Bir neçə həftə önçə ABŞ-ın bir neçə ölkəyə Rusiyaya yardım etdiyinə görə sanksiyalar tətbiq edilə biləcəyi ilə bağlı yazanda bir çoxları buna inanmaq istəmirdi. Ancaq vəziyyət getdikcə ciddiləşir. ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemonun Türkiyə rəsmilərinə və iş adamlarına xəbərdarlığı son addımdır
".
Xaqani Cəfərli hesab edir ki, əgər yaxın həftələr ərzində Türkiyə mövqeyini dəyişməsə sanksiyalara məruz qalması qaçılmaz olacaq: "Adeyemonun xəbrdarlığı avqustun 5-də Soçidə Ərdoğanın Putinlə görüşündən sonra ba verməsi təsadüfü deyil. Əğər prezident Rəcəb Tayyip Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının sentyabr ayında Səmərqənddə keçiriləcək sammitində iştirak etsə ABŞ-la bağlar qopmağa başalayacaq. Bu zaman Azərbaycan da seçim qarşısında qalacaq
".
Vazeh BƏHRAMOĞLU
Tarix: 25-08-2022, 12:20