“Rusiyanın Qafqazda qalması üçün Qarabağ məsələsi dondurulmuş vəziyyətdə olmalıdır”.Bunu erməni politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.
O bildirib ki, Rusiya Qafqazda qalmalıdır.
– ABŞ, Rusiya, Türkiyə və İran öz milli maraqlarını rəhbər tutur və bu təbiidir. Bizim kimin maraqlarını rəhbər tutduğumuzu bilməməyimiz isə qeyri-təbiidir.
– Rusiya Qafqazda qalmalıdır. Bunun üçün ona Qarabağ məsələsinin dondurulmuş vəziyyətdə qalması lazımdır ki, Qərb Qarabağ məsələsində Qafqaza yox, Orta Asiyaya və Şimali Qafqaza daxil olsun. Çünki onun ətrafında İran və Ərdoğanın Türkiyəsi ilə razılığa gəlib.
– İrana Qərb və İsrailin onun şimalına – Azərbaycana daxil olmaması lazımdır ki, ətrafında Rusiya, eləcə də qismən Ərdoğan Türkiyəsi ilə razılığa gəlib. İsrail və Qərb Azərbaycanın gücünü artırır. İran Azərbaycanın rolunun artmamasını istəyir, çünki ərazi bütövlüyünə təhlükə yaradır.
– Ərdoğanın Türkiyəsi də Qərbin Qafqazdakı fəaliyyətini cilovlamalıdır, lakin bunun üçün Rusiya və İrandan böyük qiymət tələb edir ki, bu da bizim hesabımızadır. Gələn il Ərdoğandan sonrakı Türkiyənin necə olacağını, eləcə də bölgəmizdə hansı geosiyasi dəyişikliklərin olacağını öyrənəcəyik.
– ABŞ və İngiltərəyə Mərkəzi Asiyaya daxil olmaq, eləcə də Rusiyada islam və türkçülük əsasında təlatümlər törətmək üçün platformaya çevriləcək güclü Azərbaycan lazımdır. Bunun üçün Qarabağ məsələsi nəhayət, Azərbaycanın xeyrinə həll olunmalıdır. Azərbaycan, Zəngəzur məsələsi də öz həllini tapmalıdır ki, gələcəkdə Rusiya və İranın dağılması prosesi başlasın. “Beynəlxalq ictimaiyyət” deyəndə ki, Azərbaycanla Ermənistan arasında yekun və davamlı sülh hökm sürməlidir, onlar bunu nəzərdə tuturlar.
Minsk Qrupu bir-birini istisna edən maraqların toqquşduğu alətdir. İndi nə beynəlxalq hüquq, nə də beynəlxalq birlik, beynəlxalq nizam yoxdur. İndi qaydasız döyüşlərdə olduğu kimi hər şey mümkündür.
Bu şərtlər altında Minsk Qrupu kimə lazımdır, mən anlamıram. Bu, bir növ məqbul platformadan daha çox bizim üçün təhlükədir, – deyə o, fikirlərini tamamlayıb.
KONKRET.az
Tarix: 29-08-2022, 08:24