Cənubi Qafqaz (CQ) imperiya irsinə malik Rusiya, Türkiyə və İran ilə qonşudur. Hazırda Rusiya CQ-da Türkiyə, İran yanaşı ABŞ və Aİ ilə də rəqabət aparır. SSRİ dağıldıqdan sonra, CQ Rusiyada postsovet məkanının bir hissəsi kimi qəbul olunur. Təsadüfi deyildir ki, postsovet ölkələri ilə münasibətləri XİN ilə yanaşı RF Prezident Administrasiyası da tənzimləyir. 1990-cı illərdə Rusiya CQ-ı arxa plana qoyaraq, Qərblə münasibətlərə üstünlük verdi. Regional münaqişələr dondurulmuş vəziyyətdə qaldı və vasitəçiliyə baxmayaraq, tənzimlənmə prosesində irəliləyiş olmadı.
V.Putinin hakimiyyətə gəlməsi ilə postsovet məkanı ön plana çıxdı. V.Putin 2005-ci il çıxışında SSRİ-nin parçalanmasını “
əsrin geosiyasi faciəsi” adlandırdı. Rusiyanın 1995-2021-ci il aralığında qəbul edilmiş bütün strateji sənədlərində postsovet məkanı “
həyati maraqlara cavab verən”, Rusiyada mərkəzdənqaçma tendensiyalarını qabaqlayan, Rusiyanın hərbi təhlükəsizliyini təmin edən məkan kimi nəzərdən keçirilir. Sənədlərin əksəriyyətində postsovet məkanı ilə münasibətlər Çin, Hindistan, BRİCS, RİC, ŞƏT, Aİ, ABŞ və s. kimi aktorlarla münasibətlərdən yüksəkdə durur.
Regionun əhəmiyyətinə, Moskvanın isə səylərinə rəğmən, CQ ölkələri ilə münasibətlər eyni şəkildə inkişaf etmir. Postsovet məkanına aid olan klassifikasiya CQ regionunda özünü belə göstərir:
Maksimalist gözləntilər - Ermənistan. (
Burada Aİİ və KTMT-yə üzvlük səciyəvi xüsusiyyətlərdir - Qazaxıstan, Belarus, Tacikistan, Qırğızıstan, Ermənistan).
Gümrüdə Rusiyanın 102-ci hərbi hissəsi, Erebunidə isə HHQ dislokasiya olunub.
Rusiya Ermənistanın Türkiyə və İran ilə sərhədlərini və ölkənin hava məkanını qoruyur. 2007-ci ildə İran-Ermənistan qaz kəməri istismara verilənə qədər Ermənistanın
100% qaz təminatçısı Rusiya idi. “
ArmQosqazprom” şirkətinin 80% səhmləri Qazproma, Metsamor AES-i “İnter RAO ASC”-yə, “Ermənistan Elektrik Şəbəkəsi” isə erməni əsilli rusiyalı milyarder Samvel Karapetyana məxsusdur. Ermənistan dəmir yolları Rusiyanın “Cənubi Qafqaz Dəmir Yolları QSC”-sinə 2038 ilə qədər konsessiyaya verilib. Ermənistandakı 3 mobil operatordan ikisi Rusiya şirkətlərinə, nüfuzlu “AreksimBank” isə “Qazprombank”a məxsusdur. Rusiya Ermənistanın ən böyük ticarət tərəfdaşı və dövlət borcunun əsas sahiblərindən biridir.
Minimalist gözləntilər – Azərbaycan (
Aİİ və KTMT-yə üzv olmasalar da, NATO və Aİ-yə üzvlük kimi məqsədləri yoxdur, individual müttəfiqlik formatı – Azərbaycan, Özbəkistan). Bakı Rusiya ilə
praqmatik siyasət aparır. Azərbaycanın
proqnozlaşdırılan siyasəti Putinin dövründə RF tərəfindən adekvat qarşılandı.
Rusiyanın Yeltsin dövründəki qatı ermənipərəst mövqeyi praqmatik siyasətlə əvəzləndi. Azərbaycanın xarici siyasətdə atdığı addımlar Rusiyanın mövqeyi ilə uzlaşmasa da, bu addımlar
Rusiyanın təhlükəsizliyi üçün təhdid xarakteri daşımır.
Təhdid məkanı – Gürcüstan (
bu qrupa NATO və Aİ üzv olmaq niyyətini bəyan edən ölkələr daxildir – Ukrayna, Moldova, Gürcüstan). Bu ölkələrin ərazisinin Rusiyaya qarşı istifadəsi və orada hərbi infrastrukturun yerləşdirilməsi təhdid kimi qiymətləndirilir. Gürcüstanda
Saakaşvilinin hakimiyyətə gəlməsi NATO və Aİ ilə münasibətləri aktuallaşdırdı. 2007-ci ildə Gürcüstanın
Abxaziya və Cənubi Osetiyadan başqa digər ərazilərindən Rusiya hərbi bazaları çıxarıldı. “
Beş günlük müharibə” separatçı ərazilərin müstəqilliyinin Rusiya tərəfindən tanınması ilə nəticələndi.
İvanaşvilinin qələbəsi əlaqələri qismən bərpa etsə də, Qərb vektorundan imtinaya gətirmədi. Tbilisi Aİ ilə
assosiasiya sazişi imzaladı, NATO-dan 2014-cü ildə “
gücləndirilmiş əməkdaşlıq” paketi əldə etdi.
Rusiyanın
yumşaq gücünün (iqtisadi və humanitar) effektivliyinin zəif olması Rusiyaya CQ ölkələri ilə əlaqələr qurmasına mane olur. Buna görə də Rusiya CQ ölkələrinin daxili siyasətlərinə müdaxiləyə cəhdlər edərək onların xarici siyasətlərini öz maraqlarına uyğun şəkildə korrektə etməyə çalışır.
Belə müdaxilələrin uğursuzluqla nəticələnməsi Rusiyanı daha praqmatik olmağa məcbur edir.
İkinci Qarabağ müharibəsindən sonra Rusiya CQ-da Qərbin iştirakı olmadan regional ölkələr hesabına
yeni balans formalaşdırmaqda maraqlıdır.
Cənubi Qafqaz Tədqiqatlar Mərləzi
Tarix: 1-09-2022, 08:10