İran, Rusiya və Çin ABŞ-a qarşı BİRLƏŞİR
ABŞ-ın geosiyasi rəqibləri aramla Vaşinqtona qarşı birləşirlər.Bu barədə "Bloomberg" agentliyi yazıb.
Məqalədə bildirilir ki, söhbət İran, Çin və Rusiyadan gedir. Bu dövlətlər ABŞ-a qarşı mübarizə aparmaq üçün güclərini birləşdirir.
Nəşr qeyd edir ki, Rusiya və Çin Ukraynada hərbi əməliyyatın başlamasından az əvvəl “məhdudiyyətlər olmadan” strateji tərəfdaşlıq elan ediblər. İran da Rusiya prezidenti Vladimir Putinə hərbi yardım edir. Pekin və Tehranın strateji əlaqələri var.
Agentlik qeyd edir ki, Vaşinqton hələ düşmən güclərin tam hüquqlu ittifaqı ilə üzləşməyib. Bununla belə, İran, Çin və Rusiya Federasiyası Birləşmiş Ştatlara qarşı eyni cəbhədə mübarizə aparır.
Cebhe.info
Tarix: 3-09-2022, 22:54