Bu fikirləri Demokrat.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.
“Bu müharibədə göstərdi ki, Avropanın Rusiyadan asılılığı və enerji ehtiyatları üzrə təminatların diversifikasiya edilməməsi böyük böhranın yaranmasına gətirib çıxarda bilər. Bu mənada Azərbaycan prezidenti cənab İlham Əliyevin də dediyi kimi, Avropa enerji xəritəsini dəyişdirmişik, həmin o əsaslara söykənir. Bizim mövcud kəmərlər, infrastruktur imkan verir ki, gələcəkdə Orta Asiyanın, o cümlədən
Xəzər ölkələrinin neft və qazının Avropa ölkələrinə çıxarılmasında mühüm rol oynamağa davam edək”.