Zamanında Ramiz Mehdiyevi də əvəz etmişdi... - İndi də icra başçısı oldu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəcəb Rəhlimli Ordubad rayonuna icra başçısı təyin edilib. SİAM.AZ DİA.AZ-a istinadla yeni təyin olunan icra başçısının dosyesini təqdim edir: Siyasi elmlər üzrə fəlsəfə doktoru, Dosent Rəcəb Rəhimli bakalavr təhsilini (Dövlət xətti ilə) Türkiyədə Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsi – “Dövlət İdarəçiliyi” ixtisasından məzun olub. Magistratura pilləsini də (Dövlət xətti ilə) Türkiyədə Qazi Universiteti, İqtisadiyyat və İdarəetmə Elmləri Fakültəsi– “Dövlət İdarəçiliyi” ixtisası üzrə bitirib. Daha sonra dövlət xətti ilə - Ankara Universiteti Siyasət Elmləri Fakültəsi – “Siyasət elmi və dövlət idarəçiliyi” ixtisası üzrə doktorantura təhsili alıb. R. Rəhimli xaricdə və respublikamızda nəşr olunmuş 5 monoqrafiyanın, 3 kollektiv kitabın, Ali məktəblər üçün 1 dərsliyin, 70 elmi məqalənin müəllifidir. Məlumat üçün qeyd edək ki, 2020-ci ildə Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevi Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı vəzifəsində R. Rəhimli əvəz edib.