Azay Quliyev İSTEFAYA DƏVƏT OLUNDU - "Yoxdursa o cəsarətiz, vicdanız varsa.."
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyəti ilə bağlı ilginc açıqlamalarını davam etdirir. DİA.AZ bildirir ki, bu dəfə İSBAM sədri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin sədri Azay Quliyevi istefaya da çağırıb.
Beləliklə, Samir Adıgözəlli bildirir:
"Bilirəm ki, əlillər, qazilər, şəhid ailələri təşkilatları və sair metodlarla mənə təzyiqlər göstərməyə çalışırsız . Şər -böhtan, hədələnmək hətta ölümlə təqib edilmək. Mən bunların hamısını görmüşəm. Bunlarla iradəmə təsir edə bilməyəcəksiz . Bir haqq - salam qalıb, ona da xələl gətirməyin. QHT Agentliyinin, (Şurasının) dövlətin pulları hesabına yediyinizdən geydiyinizə qədər hər işinizi gözəl bilirik. Qərəzsiz yazılarıma cəsarətiniz çatır cavab verin. Yoxdursa o cəsarətiz, vicdanız varsa, istefa verin, hörmətli Agentlik rəhbərliyi!.."
İddia olunanlarla bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...