Əhəd Abıyev bu rayona icra başçısı göndərilir?


Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun yaxın günlərdə vəzifəsindən azad ediləcəyi bildirilir.
 
Pravda.az-ın xəbərinə görə, Siraqəddin Cabbarovu Daşkəsənin sabiq icra başçısı Əhəd Abıyevin əvəz edəcəyi iddia olunur. 
 
Qeyd olunur ki, S.Cabbarov gedəciyini bilir, artıq hazırlıqlara başlayıb.
 
Xatırlatma: Bir müddət əvvəl işdən çıxarılmasından danışan Ə.Abıyev bildirmişdi ki, Aran rayonlarında işləyə bilər, hələ gümrahdır.
 
Ə.Abıyevlə əlaqə saxlasaq da, zənglərimizə cavab verməyib.
Tarix: 21-08-2023, 09:33
Xəbəri paylaş





Xəbər lenti