"Laçın rayonu hər zaman Azərbaycanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün strateji əhəmiyyət kəsb edib".SİAM.AZ bildirir ki, bu sözləri hərbi ekspert Tərlan Eyvazov Cebhe.info-ya açıqlamasında “Laçın Şəhəri Günü” ilə əlaqədar olaraq şəhərin və ətraf kəndlərin hərbi-strateji mövqeyi barədə danışarkən bildirib.
Onun sözləri görə, Azərbaycanın Laçın şəhəri üzərində nəzarətinin bərqərar olunması ölkəmizin tarixində mühüm hadisə kimi yadda qalacaq:
"Avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərini nəzarətə götürdükdən sonra Ermənistanı Qarabağla birləşdirən köhnə yol təmamilə bağlandı. Daha sonra Laçın şəhərində təhlükəsizlik tədbirlərin gücləndirilməsi ilə bərabər çox böyük quruculuq işləri görülməyə başlanıldı.
Laçın şəhəri və ətraf kəndlərində yenidənqurma və quruculuq işlərinin sürətlə aparılması onu deməyə əsas verir ki, bu rayon Azərbaycanın Qarabağ üzərində suverenliyinin təmin olunması üçün strateji cəhətdən olduqca əhəmiyyətlidir.
Bu şəhərin yenidən bərpa edilməsi və müasir standartlar təmin edilməsi, o cümlədən həmin ərazidə iş yerlərinin yaradılması və xüsusi əhəmiyyət daşıyan obyektlərin qurulması orada yenidən məskunlaşan əhalinin təmərküzləşməsinə səbəb olacaq. Hazırda Laçın şəhərində görülən bütün təqdirəlayiq tədbirlər nəticəsində ora yenicə köçürülən əhalinin rahat yaşamasına və sosial rifahına müsbət göstərəcək.
Əlbəttə, bizim 30 illik işğal dövrümüz ibarətamiz tarix olaraq yaddaşlarda qalacaq. Xalqımız bu tarixi heç vaxt unutmayacaq. Məhz bu günləri istər Laçın, istərsə Kəlbəcər, istərsə də Qarabağın digər ərazilərində yerləşdirilən Azərbaycanın Silahlı Qüvvələri bu torpaqları göz bəbəyi kimi qoruyur.
Ordumuz daima işğal azad edilən ərazilərdə yaşayacaq əhalinin təhlükəsizliyini təmin edəcək, düşmənin istənilən təhlükəsini qarşısını alacaq və növbəti işğala imkan verməyəcək. Laçın rayonu hər zaman Azərbaycan üçün hərbi-strateji cəhətdən mühüm və əhəmiyyətli bölgə hesab olunacaq".
Hərbi ekspert aprelin 23-dən Laçın yolunda DSX-nın nəzarət-keçid məntəqəsinin fəaliyyətini də təqdirəlayiq hesab edib:
"Şuşanın işğaldan azad edilməsi nə dərəcədə vacib idisə, Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması da o qədər önəmli idi. Laçın yolunun üzərində nəzarətin gücləndirilməsi nəticəsində bu yolla qeyri-qanuni silah-sursatın daşınmasının qarşısı alındı.
Həmçinin DSX-nın Laçın yolundakı nəzarət-keçid məntəqəsi Qarabağda həm azərbaycanlı, həm də erməni sakinlərin təhlükəsizliyini təmin edəcək. Demək olar ki, bu, Qarabağda bir çox problemləri kökündən həll etdi.
Onu da əlavə edim ki, Azərbaycanın öz ərazisində attıdığı addımlar beynəlxalq hüququn normalarına tam uyğundur".
Tarix: 27-08-2023, 17:52