Rəis təqdimat verdi, nazir 3 nəfəri işdən çıxardı
Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidovun təqdimatı əsasında 3 rəis vəzifəsindən azad edilib.
Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov əmr imzalayıb.
Əmrə əsasən, Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Azər Musa oğlu Hacıyev, 14 saylı cəzaçəkmə müəssisəsinin rəisi, ədliyyə polkovniki Namiq Vəli oğlu Qocayev və Penitensiar Xidmətin Təchizat İdarəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Mürsəl İslam oğlu Zeynalov nöqsanlara görə işdən çıxarılıb.\\Gundem.az
Tarix: 30-08-2023, 22:32