SƏRƏNCAM: ABB Bank, AzTelekom, AzərGold və Xəzər Dəniz Gəmiçiliyi ÖZƏLLƏŞDİRİLİR
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.Sərəncamla “Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı” təsdiq edilib.
Sərəncama əsasən aşağıdakı müəssisələrin özəlləşdirilməsi nəzərdə tutulur:
1. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti.
2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:
2.1. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti;
2.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti.
3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti.
4. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti.Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, siyahıda nəzərdə tutulan dövlət müəssisələri tərəfindən maliyyələşdirilməklə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunmasını təmin etməli və aparılacaq təhlillər əsasında müvafiq təkliflərini 9 ay müddətində dövlət başçısına təqdim etməlidir.
Tarix: 31-08-2023, 18:20