Prezidentin yeni təyin etdiyi rektor KİMDİR


Prezident İlham Əliyevin sərəmcamı ilə Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru təyin edilib.

 
Siam.az xəbər verir ki, ötən ilin sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilmişdi.
İndiyədək bu vəzifəyə heç bir təyinat olmamışdı. Rektorun vəzifələrini Zəfər Qurbanov icra edirdi.
 
Oxucuların marağını nəzərə alaraq Zəfər Qurbanov haqqında məlumatları təqdim edirik:
 
 
 
Zəfər Qurbanov 1979-cu ildə anadan olub. 2016-cı ildə Bakı Ali Neft Məktəbinin Mühəndislik fakültəsinin dekanı təyin olunub. Daha əvvəl isə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyib.
 
Rektor səlahiyyətlərini icra etməzdən əvvəl Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi işlər üzrə prorektoru olub. 
 
Texnika elmləri üzrə fəlsəfə doktoru, dosentdir.
Tarix: 31-08-2023, 22:54
Xəbəri paylaş





Xəbər lenti