​Vaşinqton da "oyun"a qatılır: Azərbaycana qarşı... - NƏ ETMƏLİ?

Vaşinqton da "oyun"a qatılır: Azərbaycana qarşı... - NƏ ETMƏLİ?
“ABŞ Cənubi Qafqazda indiki geosiyasi reallıqları heç bir vəchlə qəbul etmək istəmir”.

Siam.az xəbər verir ki, bu sözləri politoloq Elşən Manafov Cebhe.info-a açıqlamasında ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin Qarabağdakı mövcud vəziyyətlə bağlı bəyanatını şərh edərkən bildirib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller öz bəyanatında qeyd edib ki, Azərbaycanın rəsmilərini və Xankəndinin nümayindələrini dərhal görüşüb “Dağlıq Qarabağ” sakinlərinə humanitar yardımın çatdırılması ilə bağlı razılığa gəlməlidirlər.

M.Miller həmçinin humanitar, kommersiya və sərnişin daşımaları üçün Laçın dəhlizinin dərhal açılmasını tələb edib.

Elşən Manafovun sözlərinə görə, Dövlət Departamentinin rəsmisinin bu bəyanatı Azərbaycan üçün qəbuledilməzdir:

“Şübhəsiz ki, Metyu Millerin bəyanatı bu illər ərzində ABŞ-ın Qarabağ probleminin həllinə münasibətdə sərgilədiyi mövqedən fərqlənmir. Hətta bir müddət əvvəl ABŞ-ın Dövlət Departamenti Azərbaycan iqtidarına Qarabağdakı qondarma qurumla bir masa arxasında oturmağı tövsiyə edib. Ən maraqlı məqam ondan ibarətdir ki, dünyanın heç bir ölkəsi öz ərazisində dövlət qanunlarına məhəl qoymayan və dövlətçiliyə meydan oxuyan separatçı qüvvələrlə masa arxasında danışıqlar aparmır. Qarabağdakı qondarma qurum uzun müddət Azərbaycanın dövlətçiliyinə və ərazi bütövlüyünə təhdid edən bir cinayətkar rejimdir. Görün, ABŞ bizi kimlərlə danışıqlar masası arxasında oturmağa çağırır. Bu, bilavasitə və ya dolayı yolla həmin separatçı rejimin tanınması anlamına gəlir.

ABŞ-ın dövlət rəmilərinin özlərinə sual ünvanlamaq lazımdır ki, onlar ABŞ-ın hər hansı bir ştatında Amerika dövlətçiliyinə təhdid edən separatçı qurumla danışıqlar apararlar? Təbii ki, yox. ABŞ buna heç vaxt getməz.

ABŞ-ın Azərbaycan dövlətinə ünvanladığı ismarıclar beynəlxalq hüquqa görə anlaşılan deyil. ABŞ-ın dövlət rəsmiləri bilməlidirlər ki, Qarabağdakı erməni separatçıları həm Birinci Qarabağ müharibəsində, həm də otuz illik işğal dövründə Azərbaycan dövlətinə və xalqına qarşı saysız-hesabsız cinayətlər törədiblər. Azərbaycanın dövlət rəhbərliyi həmin separatçıların bir çoxunu İnterpol vasitəsilə beynəlxalq axtarışa verib. Onların həbs edilməsi ilə bağlı ölkəmizin aidiyyətı orqanlarının məlum qərarı var”.

Politoloq bildirib ki, ABŞ Dövlət Departamentinin sözçüsünün “Dağlıq Qarabağ” ifadəsi işlətməsi Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir.

“Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etməklə torpaqlarımızı işğaldan azad edib. Otuz il ərzində BMT-nin Təhlükəsizlik Şurasının icra olunmayan qətnamələrini Azərbaycanın özü icra etdi. Bunu hər kəs yaxşı bilir. ABŞ bunu mütləq nəzərə almalıdır”.

ABŞ-ın Cənubi Qafqazla bağlı siyasətinə gəlincə, E.Manafov vurğulayıb ki, Vaşinqton geosiyasi reallıqları heç bir vəchlə qəbul etmək istəmir:

“Yeni dünya nizamı baxımından ABŞ Cənubi Qafqazda öz məlum geosiyasi layihəsini həyata keçirməyə çalışır. Bu layihədə Ermənistana və Qarabağdakı qondarma quruma xüsusi əlahiddə yer ayrılıb. Aydın məsələdir ki, ABŞ Xəzər dənizində zəngin karbohidrogen ehtiyatlarına malik olan, o cümlədən Cənubi Qafqazın lider dövləti sayılan Azərbaycana öz maraqları kontekstində münasibət sərgiləməyə çalışır. Bu isə ölkəmiz tərəfindən o qədər qəbuledilən deyil.

Azərbaycan öz maraqlarına zidd olan ABŞ siyasətinə boyun əyməyəcək. Azərbaycanın bütün Qarabağ ərazisi üzərində öz suverenliyini bərpa etmək onun hüququ var.

Laçın yolundakı mövcud duruma gəlincə, bir müddət əvvək Ermənistanın təklifi ilə BMT-nin Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə ABŞ və Fransa eyni mövqedən çıxış etdilər. Yəni onların hər ikisi Azərbaycandan Laçındakı nəzarət-buraxılış məntəqəsinin götürülməsini tələb etdilər. Həmin müzakirələrdə yalnız qardaş Türkiyə və bir neçə dost ölkə Azərbaycanən haqlı mövqeyini dəstəklədilər. Eyni zamanda ə, Rusiya da Azərbaycanın mövqeyinə uyğun mövqe sərgilədi”.

Sonda E.Manafov qeyd edib ki, ermənilər üçün humanitar yükləri Ağdam yolu ilə Xankəndiyə daşına bilər:

“Rusiyadan fərqli olaraq ABŞ Ağdam-Xankəndi yoluna müsbət reaksiya vermək istəmir. Bu da Vaşinqtonun regiondakı maraqlarından irəli gəlir. Laçın yolunda nəzarət-buraxışlış məntəqəsi qurmaq Azərbaycanın hüququdur. Azərbaycan beynəxalq hüquqa uyğun addım atıb. Bu addımından heç vaxt geri çəkiləyəcək.Əgər ABŞ Qarabağdakı ermənilərə yardım etmək istəyirsə, o, yüklərini Ağdam-Xankəndi yolu ilə bu bölgəyə daşıya bilər”.
Tarix: 2-09-2023, 10:45
Xəbəri paylaş





Xəbər lenti