“Onları buradan qaçırtdıq, biz onları buradan sıxışdırıb çıxardıqca onlar Ermənistanda möhkəmləndilər” - Elçin Şıxlı

“Onları buradan qaçırtdıq, biz onları buradan sıxışdırıb çıxardıqca onlar Ermənistanda möhkəmləndilər” - Elçin Şıxlı
Son vaxtlar BBC telekanalı o cümlədən, bu media qurumunun Azərbaycan xidməti Qarabağda məskunlaşmış ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli iddialar irəli sürülür. Bu materiallarda suveren ərazimiz olan Qarabağ bölgəsindəki erməni separatçıları təbliğ edilir, onların “fəaliyyətlərinin” leqallaşdırılmasına cəhdlər göstərilir.

Son olaraq BBC telekanalının efirində özünü rok müğənnisi kimi təqdim edən Serj Tankian və separatçı rejimdə hər cür “vəzifələrdə” işləmiş Artak Beqlaryan görünüblər.Tankian iddia edib ki, guya Azərbaycan bəzi Amerika və Avropa xadimlərinə rüşvət verir, həmçinin öz məqsədlərinə çatmaq üçün Avropaya neft tədarükü faktorundan istifadə edirlər. Beqlaryan isə qeyd edib ki, problemin geosiyasi konteksti var və hazırda beynəlxalq ictimaiyyətin diqqəti Ukraynaya yönəlib, Qarabağ da Rusiya ilə Qərbin qarşıdurmasının qurbanına çevrilib. O,ermənilərin “ağır humanitar vəziyyəti” barədə ənəvi anti-Azərbaycan çıxış edib.

Azərbaycan Mətbuat Şurası bəyan edib ki, BBC-nin belə dəst-xətti jurnalistika prinsiplərinə aşkar sayğısızlıqdır, sivil media dəyərlərinə həqarətdir. Azərbaycan cəmiyyəti hesab edir ki, jurnalistika manipulyativ missiya daşımamalı, azad sözün imkanlarından sui-istifadə yolu tutmamalıdır. BBC və onun Azərbaycan xidməti bu tələbə əhəmiyyətsiz yanaşır, Qarabağdakı separatçılardan qalma tör-töküntülərə tribuna verir, onların söylədiklərini böyük canfəşanlıqla yayımlayır, nəticə etibarilə qeyri-obyektiv davranaraq, əsil həqiqətləri arxa plana keçirir. BBC telekanalının Azərbaycanla Ermənistan arasında sülh prosesinə, Qarabağ erməniləri üçün ərzaq göndərməsi ilə bağlı məsələlərə birtərəfli və əsl həqiqəti təhrif edən münasibəti yolverilməzdir” deyə, bildirilib. Bəyanat bu sözlərlə bitir: “BBC-nin müstəqil Azərbaycanın reallıqlarına hazırkı yanaşması arzuolunmazdır. Ya bu media qurumu üzr istəyərək ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağı öyrənməli, səmimi niyyətini əməli fəaliyyəti ilə sübuta yetirməyi bacarmalı, ya da onun Azərbaycan xidmətinin fəaliyyəti dayandırılmalı və akkreditasiyası ləğv olunmalıdır".

Qeyd edək ki, BBC-nin əsas maliyyə mənbəyi xüsusi rüsumdur. Böyük Britaniyada istənilən cihazda - televizorda, kompüterdə, televizora çıxışı olan hər bir ev tərəfindən ödənilir. smartfon və s. BBC iddia edir ki, maliyyələşdirmənin bu forması korporasiyaya reklamdan imtina etməyə və həm səhmdarlardan, həm də siyasətçilərdən, o cümlədən Britaniya hakimiyyət orqanlarından “qərəzsizliyə və müstəqilliyə” nail olmağa imkan verir. O halda ingilisin verdiyi pulu niyə erməni separatizminin təbliğinə sərf edildiyi sual doğurur.

TEREF.AZ-ın məlumatına görə, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı “Yeni Müsavat”a bildirdi ki, əvvəllər BBC-nin Bakıda böyük ofisi var idi. Orada azərbaycanlılar işləyirdi. Əli Həsənovun vaxtında həmin ofisi bağladılar, zərərini indi görürük: “Onlar Azərbaycan çıxarıldılar. Ümumiyyətlə, Bakıda digər beynəlxalq nüfuzlu media strukturlarının ofisi bağlandı. Onları buradan qaçırtdıq. Biz onları buradan sıxışdırıb çıxardıqca onlar Ermənistanda möhkəmləndilər. Ermənistan onlara daha çox şərait yaratdı. İndi biz BBC-nin Azərbaycan xidmətinin fəaliyyətini dayandıra və akkreditasiyasını ləğv etməməliyik. Dayandırsaq bel, onlar onsuz da öz işlərini görəcəklər və informasiya da hər yerə yayılacaq. Bunun belə olmamağı üçün isə biz onlarla sadəcə olaraq işləməliyik, öz tərəfimizə cəlb etməliyik. Biz BBC-ni heç cür bağlaya biımərik. Bağlamaqla istədiyimiz nəticəni ala bilməyəcəyik. Bəli, etiraz etməliyik, bəyanatlar verilməlidir, onların baş ofisinə yazılmalıdır ki, bu, jurnalistika prinsiplərinə uyğun gəlmir, gəlin reallığı bilmək üçün bizim tərəfdən baxın. Onların rəhbərliyinə birbaşa müraciət ediıməli və fikirlərimiz çatdırılmalıdır. Onlarla işləmək lazımdır ki, onların mövqeyinə təsir edə bilək. Biz burada bağlasaq, o tərəfdə erməni şöbəsi işləyəcək və həqiqətlərə uyğun olmayan informasiyalar, reportajlar daha da çoxalacaq”.
Tarix: 5-09-2023, 08:30
Xəbəri paylaş





Xəbər lenti