Peskov Paşinyana cavab verdi: “Rusiya Cənubi Qafqazdan getməyə hazırlaşmır”

Peskov Paşinyana cavab verdi: “Rusiya Cənubi Qafqazdan getməyə hazırlaşmır”


“RF Qarabağdakı missiyasını dayandırmağa hazırlaşmır”
Hurriyyet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın İtaliyanın “La Repubblica” nəşrinə msahibəsi ilə bağlı açıqlama verib. Paşinyan müsahibəsində Rusiyanın öz fəaliyyəti, yaxud da fəaliyyətsizliyi nəticəsində Cənubi Qafqazdan uzaqlaşmadığını demişdi.
Peskov Rusiya mətbuatına açıqlamasında deyib: “Rusiya – (Cənubi Qafqazın) ayrılmaz hissəsidir. Rusiyada Ermənistanın özündəkindən daha çox erməni yaşayır”.
Peskov Rusiyanın Cənubi Qafqazı tərk eləməyə hazırlaşmadığını və ümumiyyətlə Cənubi Qafqazdan gedə bilməyəcəyini söyləyib: “Rusiya Qarabağda təhlükəsizliyin təminatçısı rolunu yerinə yetirməyə davam edir və öz missiyasını dayandırmağa hazırlaşmır”.
Hürr Tərcüman
Tarix: 5-09-2023, 14:24
Xəbəri paylaş





Xəbər lenti