Arestoviçdən ermənilərə məsləhət: “Azərbaycanın təklifini qəbul edin, KTMT-dən çıxın”

Arestoviçdən ermənilərə məsləhət: “Azərbaycanın təklifini qəbul edin, KTMT-dən çıxın”


Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Ofisinin keçmiş müşaviri Aleksey Arestoviç Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükəsizlik sahəsində Rusiyadan asılılığı strateji səhv hesab etdiyini bildirdiyi açıqlamasına şərh verib.
Arestoviç deyib: “Azərbaycanlılar bütün mümkün olan həlləri təklif ediblər. Minlərlə iddiaya, azərbaycanlıların Qarabağdakı soyqırımlarına rəğmən. Təkcə Xocalının bahası çox ağırdır. Lakin onlar buna məhəl qoymadılar. Ermənistan Türkiyə ilə Azərbaycanın qarşılıqlı faydalı təkliflərini qəbul edə, KTMT-ni tərk edə, başqa siyasi bloklara, o cümlədən, NATO-ya daxil ola bilər”.
Tarix: 5-09-2023, 14:37
Xəbəri paylaş





Xəbər lenti