Rusiyaya arxadan zərbə: - Putin Paşinyanı necə cəzalandıracaq?
"Tezliklə Rusiya Ermənistanı müxtəlif yollarla sərt şəkildə cəzalandıracaq. İlin sonuna kimi çox ciddi dəyişikliklərin şahidi olacağıq”.
Siam.az bildirir ki, bu sözləri politoloq Zaur Məmmədov Cebhe.info-ya şərhində ABŞ hərbçilərinin Ermənistanda təlimlərinin mahiyyətini açıqlayarkən bildirib.
Onun sözlərinə görə, son zamanlar Paşinyan Ermənistanın xarici siyasətində Qərb xəttini daha da gücləndirib:
“Köçəryan və Sarkisyanın zamanında Ermənistanda vətəndaş cəmiyyəti, media institutları Qərb fondlarının maliyyəsi hesabına ciddi şəkildə fəaliyyət göstərirdilər. Bu da 2028-ci ildə Nikol Paşinyanın kütləvi nümayişlər yolu ilə hakimiyyətə gəlməsi və ölkədə keçirilən seçkidə qələbə çalması ilə nəticələndi.
Paşinyan hakimiyyətə gələndən sonra İrəvan Qərb xəttini gücləndirmək istiqamətində müəyyən addımlar atıb. Doğrudur, Ermənistan kifayət qədər Rusiyadan iqtisadi-siyasi və hərbi cəhətdən asılıdır.
Belə olan halda Paşinyan bəzi məsələlərdə istəyinə nail ola bilməyəcək. Amma ümumilikdə götürüldükdə Paşinyanın Ermənistanın xarici siyasətində Qərb xəttini intensivləşdirmək üçün əlindən gələni edir.
Bildirim ki, İrəvanın ABŞ-ın təlimlərinə razılıq verməsi və bunun fonunda KTMT-nin təlimlərində iştirak etməkdən imtina etməsi ondan xəbər verir ki, Paşinyan Rusiyanın yanında duran hərbi-siyasi təşkilatları görməyə gözü yoxdur. Böyük ehtimalla, Paşinyan hakimiyyəti bu xətti davam etdirəcək.
ABŞ-ın özünün də Ermənistanda hərbi təlimlərin keçirilməsinə razılıq verməsi maraq doğuran nüanslardan biridir. Adətən belə təlimlərin məqsədinin nədən ibarət olduğunu bilirik”.
Paşinyanın son hərəkətlərinə görə Rusiyanın Ermənistanı cəzalandırması məsələsinə gəlincə, politoloq bunun mümkün olduğunu vurğulayıb.
“Yaxın zamanda Rusiya Ermənistanı cəzalandırcaq. Artıq prinsip etibarı ilə Paşinyan Moskva tərəfindən bir neçə dəfə cəzalandırılıb. Cənubi Qafqazda artan gərginlik fonunda Paşinyanın Fransan ilə birlikdə Rusiyanın regiondan çıxarılması üçün atdığı addımlar ondan xəbər verir ki, Ermənistan və Rusiya arasında münaqişə açıq müstəvəyə keçib”.