"Paşinyan ABŞ ordusunu ölkəsinə dəvət etməklə Rusiyaya meydan oxudu"


Ermənistan lideri Nikol Paşinyan ABŞ ordusunu ölkəsinə dəvət etməklə Rusiyaya meydan oxudu.
 
Bunu Rusiya Siyasi Tədqiqatlar İnstitunun direktoru, politoloq Sergey Markov bildirib.
 
"Paşinyan həm Rusiyaya, həm də Azərbaycana meydan oxudu. O, ABŞ ordusunu Ermənistana dəvət edib. Hələlik təlimlərə... Xüsusilə Rusiya Prezidentini təhqir etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinə qoşulur. Fransa indi Ermənistanın əsas müttəfiqidir.
 
O, bunun əvəzini ödəyəcək. Qarabağ tamamilə öz doğma evinə qayıtmalıdır. Mümkündür ki, bu yaxın gələcəkdə baş versin. Görək sevimli Fransa ona (Ermənistana-red) necə kömək edəcək", - deyə rusiyalı siyasi ekspert vurğulayıb./APA
Tarix: 7-09-2023, 10:17
Xəbəri paylaş





Xəbər lenti