Hikmət Hacıyev İranla barışıb... BİZİM XƏBƏRİMİZ YOXDUR... - BU NƏDİ BELƏ?


Hikmət Hacıyev İranla barışıb... BİZİM XƏBƏRİMİZ YOXDUR...
Hikmət Hacıyev deyir ki, İrandan müsbət siqnallar alır... O hansı siqnaldır elə? Səfirliyimizi günün-günorta çağı GÜLLƏBORAN edən vəhşi rejim nə etdi ki, Hikmət müəllim belə yumşalıb?..
Elə Mətbuatı da bu şəkildə iflic duruma salıblar... Pis günə qoyublar Azərbaycan mətbuatını... Bu gün Azərbaycanda mətbuat adına DİVAR QƏZETİ də yox... DİVAR KAĞIZLARI fəaliyyətdədir. DİVAR QƏZETİ-nin barı bir mövqeyi, qətiyyəti, siması olur... Bu gün Azərbaycanda MEDİA adına çıxış edənlər ağızlarını açıb təlimat gözləyirlər ki, görən, hansı olaya hansı formada reaksiya verəcəklər... O qədər robotlaşıblar ki, az qala şəxsi həyatlarında belə müstəqil qərar verə bilmirlər.
Bu siyasətin də MEMARI Hikmət Hacıyevdir, Və nə hikmətdirsə, onu elə ustalıqla reklam edirlər ki, hətta Prezidentə qarşı gedənlər belə "yox, Hikmət Hacıyev dəhşət adamdır, sadəcə hökumət imkan vermir" deyərək onu təbliğ edir.
İndi bu adam deyir ki, İrandan MÜSBƏT SİQNAL ALIR... Görəsən, molla rejiminin qətlə yetirdiyi Orxan Əsgərovun ruhu bu sözlərdən sonra rahatdırmı? ŞADDIRMI?
Cənab Hikmət Hacıyev, ola bilsin ki siz fikrinizi dəqiqliklə ifadə edə bilmədiniz və diplomat kimi görünməık istədiniz... Sizin XİN-dən PA-ya transfer olunmağınız o demək deyil ki, elə siz gerçəkdən də diplomatsınız... Siz də bizim kimi mətbuat adamı olaraq siyasətlə məşğul idiniz. Sizdən fərqli olaraq bizlər həm də daxili siyasətə bələd idik. Odur ki, belə həssas mövzularda xüsusi davranış sərgiləmiyiniz vacibdir... Siz bilmirsiniz... heç olmasa, özünüzdən əvvəlkilərdən öyrənin...
ONLARA ŞÜKÜR...

Məhəmməd ƏRSOY
DİA.AZ-ın Baş redaktoru
Tarix: 7-09-2023, 22:41
Xəbəri paylaş





Xəbər lenti