Qərbdə hesab edirlər ki, Rusiya müharibəni artıq uduzub və getdikcə zəifləyəcək – CNN
Qərb rəsmiləri hesab edir ki, Rusiya Ukraynaya qarşı başlatdığı müharibədə artıq uduzub, çünki o, əsas məqsədinə - onu ram etmək istəyinə nail olmayıb.Qaynarinfo xəbər verir ki, bu barədə CNN
yazır.
Onların fikrincə, Ukrayna Silahlı Qüvvələrinin döyüş meydanında hazırkı irəliləyişi Kiyevin ümumi uğuru üçün ölçü deyil.
Sentyabrın 6-da keçirilən brifinqdə adı çəkilməyən rəsmilər bildiriblər ki, Ukraynanın əks-hücumu rusiyalıların qurduğu müdafiə səbəbinə görə ləng gedir, lakin irəliləyir.
"Bu, ərazi uğrunda çox uzun bir mübarizə ola bilər, lakin müharibə və Rusiyanın əldə etmək istədiyi baxımından Rusiya artıq uduzub. Rusiya daha kiçik gücə çevrilib və zəifləyən trayektoriyaya doğru gedir”, - deyə rəsmilərdən biri bildirib.
Onun sözlərinə görə, Rusiyanın hətta müvəqqəti olaraq işğal olunmuş ərazilərlə belə qalib gələ biləcəyi fikri "dəlilikdir”, - CNN yazır. O qeyd edib ki, Rusiya Ukraynaya hücum etməklə onu NATO və Aİ-yə yolunu açıq edib, Alyans artıq Finlandiya hesabına genişlənib və tezliklə İsveç də əlavə olunacaq.
"Düşünürəm ki, əgər siz Putinsinizsə, əslində, Donald Trampın növbəti seçkilərdə qalib gələcəyinə mərc edirsiniz və bu, kifayət qədər uzun bir mərhələdir. Bu hələ çox uzaqdadır. Bu arada Ukraynada müharibə yaxşı getsəydi, Priqojinin üsyanı baş verməzdi”, - deyə adı açıqlanmayan başqa bir məmur bildirib.
Tarix: 7-09-2023, 23:08