Ədliyyə Nazirliyinin qeydiyyata almadığı partiyalar - SİYAHI
Bu il qüvvəyə minən "Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, partiyaların yenidən qeydiyyatdan keçməsi üçün minimum 5 min üzvü olmalıdır.
Qanun qüvvəyə minəndən sonra 31 partiya 5 min üzvə malik olmadığına görə öz təşəbbüsü ilə ləğv olunduğunu bəyan edib.
27 siyasi partiya isə yenidən qeydiyyatdan keçmək üçün sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.
Ədliyyə Nazirliyi artıq 15 partiyanı qeydiyyata alıb.
Qeydiyyata alınan partiyaların siyahısını dünən təqdim etmişdik.
Yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edən 12 siyasi partiya isə hazırda cavab gözləyir.
Siam.az bildirir ki, Modern.az saytı qeydiyyata alınmaq üçün cavab gözləyən siyasi partiyaların siyahısını dəqiqləşdirib. Bu partiyalar aşağıdakılardı:
1. Respublikaçı Alternativ Partiya (ReAl) – Sədr İlqar Məmmədov
2. Müsavat Partiyası - sədr Arif Hacılı
3. Azərbaycan Xalq Cəbhəsi Partiyası - sədr Əli Kərimli
4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – sədr Qüdrət Həsənquliyev
5. Gələcək Azərbaycan Partiyası – sədr Ağasif Şakiroğlu
6. Azadlıq Partiyası – sədr Əhməd Oruc
7. Ədalət Partiyası – sədr İlyas İsmayılov
8. Böyük Quruluş Partiyası – sədr Fazil Mustafa
9. Yeni Zaman Partiyası – sədr Musa Ağayev
10. Azərbaycan Kommunist Partiyası – sədr Rauf Qurbanov
11. Demokratik İslahatlar Partiyası – sədr Asim Mollazadə