Rusiyanın Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslər üçün göndərdiyi ərzaq dolu yük maşınının Xankəndiyə keçidi gecikir. Belə ki, bu gün saat 10 radələrində ərzaq dolu yük maşınının Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da yük maşını "Bərdə" otelinin yanında dayanıb.
TIR-ın hərəkətinin ləngiməsinin iki əsas səbəbi var:
Birincisi, Qarabağdakı separatçılarının növbəti qeyri-konstruktiv mövqeyi;
İkincisi, Beynəlxalq Qızı Xaç Komitəsinin və Qərbin, Rusiya Qızıl Xaç Cəmiyyinə təzyiqi:
Xüsusilə Beynəlxalq Qızı Xaç Komitəsinin və Qərbin, Rusiya Qızıl Xaç Cəmiyyinə təzyiqi diqqət çəkir. Beynəlxalq Qızıl Xaç Komitəsi üzdə məsələni dəstəkləyən kimi görünsə də, arxa planda süni şəkildə prosesi əngəlləyir. Rusiyanın Qızıl Xaç Komitəsinə göstərilən təzyiq də bunu təsdiq edir.
Ümumiyyətlə bu Qızıl Xaç Komitəsi ilk dəfə deyil ki, belə qeyri-konstruktiv hərəkət edir. Dəfələrlə bu qurumun Azərbaycanın Qarabağ bölgəsində fəaliyyətində ciddi qanun pozuntuları aşkarlanıb. Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi yaratdıqdan sonra buradan qanunsuz keçidlərin qarşısı alınarkən dəfələrlə BQX-nin öz səlahiyyətlərindən sui-istifadə edərək faktiki qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib və bunun qarşısı alınıb.
Belə bir nəticəyə gəlmək olar ki, BQX bu gün geosiyasi oyunlara cəlb olunaraq Qərbin maraq və mənafelərini ifadə edir, onların əlində bir alətdir.
İndiki məqamda BQX kəşfiyyaçılıq fəaliyyəti həyata keçirməsi, hətta Azərbaycan ərazisində informasiya toplayıb müəyyən mərkəzlərə ötürməsi kimi risklər də var. Öz maşınlarından qaçaqmalçılıq üçün istifadəyə icazə verən bir qurumun indi də kəşfiyyatçılıq fəaliyyəti içərisində olması heç də uzaq ehtimal deyil.
Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan silahlı qüvvələri genişmiqyaslı hərbi təlimlərə cəlb olunub və təlim çərçivəsində ordu bölmələri, hərbi texnika intensiv hərəkət EDİR. Ərzaq dolu yük maşınının Bərdədə qalması həm də BQX-nın ordumuzun hərəkət halında olan və təlimlərə cəlb edilən hərbi texnikalarını, habelə hərbçilərimizi görməsi daha sonra da bu məlumatları Qərb dairələrinə ötürməsi ilə nəticələnə bilər.
Bütün ehtimalları və riskləri nəzərə alıb müvafiq tədbirləri görmək lazımdır.
Müəllif: Politoloq Turan Rzayev,
Siam.az
Tarix: 10-09-2023, 12:21