“O halda Rusiya Ukraynanı bitirəcək və başqa dövlətlərin işğalına başlayacaq...”-Saakaşvili

“O halda Rusiya Ukraynanı bitirəcək və başqa dövlətlərin işğalına başlayacaq...”-Saakaşvili
“Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək...”
 Gürcüstanın keçmiş Prezidenti və Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvili Ukraynanın hazırda atəşkəsə razılaşacağı halda nə baş verəcəyini proqnozlaşdırıb. O, hesab edir ki, belə olduğu təqdirdə bir-iki ildən sonra Rusiya Ukraynanı məhv edəcək və başqa dövlətlərin ərazisində müharibələrə başlayacaq.
 
Moderator.az xəbər verir ki, Saakaşvili bu barədə “Ukrainskaya pravda”da təqdim etdiyi köşə yazısında yazıb.
 
Saakaşvili hesab edir ki, Rusiyanın Ukraynaya hücumu kollektiv Qərbə qarşı müharibədir və hələlik bunu yalnız ukraynalılar yaşayır. Lakin siyasətçinin fikrincə, əgər rəsmi Kiyev indi atəşkəsə razılaşarsa, onda bir-iki ildən sonra Ukrayna çökəcək və Putin yeni müharibələrə başlayacaq.
 
"Ukrayna indi atəşkəs elan etsə, nə olacaq? Nə olacaq ki, bir-iki ildən sonra o, mütləq çökəcək və Putin mütləq Polşanı və Baltikyanı ölkələri işğal edəcək. O, yol boyu faktiki olaraq heç bir xüsusi səy göstərilmədən Gürcüstan və Moldovanı da udacaq” , – Gürcüstanın eks-prezidenti belə deyib.
 
Saakaşvili onu da əlavə edib ki, Ukrayna öz qurbanları bahasına indi Avropaya öz həyat tərzini qoruyub saxlamağa kömək edir. O qeyd edib ki, indi Zelenskini tərəfdaşlara qarşı sərt davranışda ittiham edənlər dərk etməlidirlər ki, məhz ənənəvi diplomatiya indi baş verənlərə gətirib çıxarıb.
 
Siyasətçi proqnozlaşdırır ki, Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək.
 
"Və siz hələ də hazır olmalısınız ki, bu qələbədən sonra Ukrayna bütün regionun - Mərkəzi Asiyadan tutmuş Atlantikaya qədər super gücünə çevriləcək. Mən bu barədə 2005-ci ildə danışdım, ancaq onda heç kim məni ciddi qəbul etmədi. Zelenski, demək olar ki, instinktiv olaraq bu müharibənin əsas fabulasını hiss etdi və eyni zamanda Ukraynanı və bütün müttəfiqlərini və tərəfdaşlarını düzgün nəticəyə aparır. Və Qərb artıq bu qatardan atlana bilməyəcək”,- deyə  Saakaşvili vurğulayıb.
 
Xatırladaq ki, Saakaşvili ukraynalı uşaqlara kömək etmək təşəbbüsü ilə çıxış edir.
 
Sultan Laçın
Tarix: 13-09-2023, 09:03
Xəbəri paylaş





Xəbər lenti