"Rusiya Federasiyası Ukrayna müharibəsindən sonra, xüsusilə Putin dövründə dağılacaq"

"Rusiya Federasiyası Ukrayna müharibəsindən sonra, xüsusilə Putin dövründə dağılacaq"Dmitri Peskov, Sergey Lavrov, Vladimir Putin

Ötən ilin fevral ayında Rusiya-Ukrayna müharibəsi başlayandan sonra sözün əsl mənasında Rusiya dünyada təkləndi və siyasət meydanında yalnız qaldı. Müharibə fonunda Rusiyaya qarşı tətbiq edilən, sanksiyalar Rusiyanı sözün əsl mənasında zəiflətdi. Hətta bu gün Ermənistan da Rusiyadan üz çevirir.

Bəs Rusiyanı SSRİ-nin taleyi gözləyirmi?

“Rusiya gücün pik nöqtəsində olduğu zaman hətta Ukrayna müharibəsindən öncə belə, bütün dünya rus ordusunun dünyanın ikinci ordusu kimi tanıyan zaman qeyd etmişdim ki, Rusiya Federasiyası dağılacaq. Əfqanıstan sindromu sovetlər birliyinin dağılmasına ilkin təkan verdi. Ukrayna müharibəsi də Rusiya Federasiyasının dağılmasına təkan verəcək. Ola bilsin ki, bu müharibədə taktiki gedişlərlə Rusiya qalib gəldi. Ümumilikdə, Rusiya Federasiyası gələcəkdə və əsasən də Putin dövründə dağılacaq. Bu da həm region üçün, həm də dünya üçün ən doğru və düzgün sonluq olacaq”.
Bu barədə Bizimyol.info xəbər portalına “Ağ partiya” sədr müavini Əhəd Məmmədli danışıb. O, qeyd edib ki, dünyanın 6/1-ni tutan, 20-yə yaxın muxtar respublikası, muxtar vilayəti olan aqressiv bir dövlət bir neçə yerə bölünsə, bu, dünyanın təhlükəsizliyi və nüvə təhlükəsizliyi üçün daha yaxşı olar.
Tarix: 14-09-2023, 09:14
Xəbəri paylaş





Xəbər lenti