Avropa Parlamenti azərbaycanlı məmurlara qarşı sanksiya çağırışı etdi



Sentybarın 14-də Avropa Parlamenti Azərbaycan Demokratik və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə bağlı qətnamə qəbul edib.
Avropa deputatları iyulun 23-də saxlanılan Qubad İbodoğlunun “dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını” tələb edib. Ona qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu vurğulayıblar.
Sentybarın 14-də keçirilən səsvermədə deputatlardan 539-u sənədin lehinə, 6-sı əlayhinə səs verib, 24 deputat bitərəf qalıb.

AVROPALI DEPUTATLAR BÜTÜN SİYASİ MƏHBUSLARIN AZADLIĞINI TƏLƏB EDİR

Deputatlar Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozep Borreli, Avropa Xarici Fəaliyyət Xidmətini (EEAS) və üzv dövlətləri Azərbaycanda baş verən ciddi insan haqları və demokratiya pozuntularını pisləməyə çağırıblar. O cümlədən bütün ikitərəfli görüşlərdə, eləcə də gələcək tərəfdaşlıq sazişləri üzrə danışıqlarda Qubad İbadoğlu kimi siyasi motivlərlə həbs olunan bütün işlərin də qaldırılmasını zəruri hesab ediblər.

Avropa Parlamentinin deputatları Azərbaycanda bütün siyasi məhbusları azad etməyə çağırıblar.

AVROPALI DEPUTATLARDAN SANSKİYA TƏLƏBİ

Müzakirələrdə vurğulanıb ki, gələcəkdə Azərbaycanla hansısa saziş imzalanacaqsa, bu, bütün siyasi məhbusların azad edilməsi şərti ilə olmalıdır.
Avropa Parlament, həmçinin Avropa İttifaqının insan haqları üzrə ciddi pozuntulara yol vermiş Azərbaycan məmurlarına qarşı Avropa İttifaqının Qlobal İnsan Haqları Sanksiya Rejimi çərçivəsində sanksiyalar tətbiq etməyə çağırır.

Xatırlatma

ADR sədri Q.İbadoğlu iyulun 23-də həbs olunub. Onun barəsində 3 ay 26 gün həbs-qətimkan tədbiri seçilib.
Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma), 204.3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham olunur. Avqustun sonunda ona qarşı CM-nin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Hüquq-mühafizə orqanları Q.İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib. Q.İbadoğlu isə ittihamı qəbul etmir, məhkəmədə onu "saxta" adlandırıb.
Tarix: 15-09-2023, 10:04
Xəbəri paylaş





Xəbər lenti